24 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“ƏDV geri al” çərçivəsində indiyədək istehlakçılara 425,1 milyon manat geri qaytarılıb VİDEO

Ölkədə “ƏDV geri al” layihəsi uğurla tətbiq edilir və bu layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verməkdədir. Qeyd olunan layihənin tətbiq edildiyi vaxtdan cari ilin may ayınadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 425,1 milyon manatdan çox, təkcə bu ilin yanvar-aprel ayında isə 49 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb.

“ƏDV geri al” nağdsız ödəmələrin genişlənməsinə mühüm təkan verən layihələrdən biridir. Məlum olduğu kimi, alınmış mallara və əldə edilmiş xidmətlərə görə ödəniş nağdsız qaydada olduqda ödənilmiş ƏDV-nin 17,5%-i, nağd qaydada isə 5%-i istehlakçılara geri qaytarılır. Vətəndaşları pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahəsində nağdsız ödəmələrə cəlb etmək məqsədi daşıyan stimullaşdırıcı “ƏDV geri al” layihəsinin reallaşdırılması sözügedən sektorlarda nağdsız ödəmələrin xüsusi çəkisinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub.

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində də işlər davam etdirilir. Hazırda ölkə üzrə tətbiq olunan onlayn NKA-ların sayı 88 mindən çoxdur. 2023-cü ilin 4 ayı ərzində yeni nəsil kassalar vasitəsilə qeydə alınan dövriyyə 6,7 milyard manat olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,1 faiz çoxdur.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?