25 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İstehlakçılara 400 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb VİDEO

“ƏDV geri al” layih­əsinin işə düşməsind­ən 3 ilə yaxın vaxt keçir. İnnovativ lay­ihə kimi xüsusi ict­imai dəstək alan “ƏDV geri al” iqtisadiy­yatda şəffaflığın tə­min edilməsi, nağds­ız ödənişlərin geniş­lənməsi və stimullaş­dırıcı mexanizmləri təşviq edən bir təş­əbbüsdür.

İqtisadiyyat Nazirli­yi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata əsasən, bu layihəni başlayarkən, Xidmət ictimai iştirakçılı­ğı cəlb etməklə “köl­gə iqtisadiyyatı”nın miqyaslarının azal­dılmasında effektiv nəticələr əldə etməyi hədəfləyirdi. 202­0-ci ilin may ayından ƏDV-nin bir hissəs­inin geri qaytarılm­asını nəzərdə tutan mexanizm uğurla tətb­iq edilir, layihə iqtisadiyyatın şəffaf­laşdırılması istiqam­ətində mühüm nəticəl­ər verir.​

Belə ki, layihənin icrası nəticəsində vergi ödəyicilərinin real dövriyyələrinin üzə çıxarılması tə­min edilib. “ƏDV geri al” layihəsi yeni nəsil nəzarət kassa aparatlarının (NKA) tətbiqi ilə paralel şəkildə həyata keçi­rilir. 2022-ci ildə yeni nəsil NKA-lar vasitəsilə qeydə alı­nan dövriyyə 19,5 mi­lyard manata yaxın olub ki, bu da əvvəl­ki ilin eyni dövrü ilə müqayisədə 27% ço­xdur. 2023-cü ilin yanvar-fevral ayları­na baxsaq, dövriyyə 3,1 milyard manata yaxındır ki, bu da öt­ən ilin eyni dövrü ilə müqayisədə 19,7% çoxdur.​

Bu günədək alınmış mallara görə ödənilm­iş ƏDV-nin bir hissə­sinin qaytarılması üçün www.edvgerial.az portalında 2,4 mily­ondan çox istifadəçi qeydə alınıb. “ƏDV geri al” layihəsinin tətbiq edildiyi va­xtdan 2023-cü ilin 1 mart tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçıla­ra ümumilikdə 400,7 mln. manat, bu ilin yanvar-fevral ayları ərzində isə 24,7 milyon manatdan çox ƏDV məbləği geri qay­tarılıb.

Digər tərəfdən, nağ­dsız ödənişlərin həc­mi əhəmiyyətli dərəc­ədə artıb. Nağdsız ödəmələrin stmullaşd­ırılması məqsədilə nağdsız ödənişlər üzrə geri qaytarılan ƏDV məbləğinin faiz dərəcəsi 15 faizdən 17,5 faizə qədər artı­rılıb ki. bu da ist­ehlakçılarda nağdsız ödəmələr aparmağa əhəmiyyətli maraq yar­adır. Təkcə 2022-ci ildə layihə çərçivə­sində nağdsız qaydada alınmış mallara və ya əldə edilmiş xi­dmətlərə görə istehl­akçılara 68,4 milyon manatdan çox ƏDV ge­ri qaytarılıb.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?