10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aksizli məhsullar bazarında yeni imkanlar və perspektivlər

Azərbaycan iqtisadiyyatı son illər yeni çağırışlar üzrə formalaşıb. Kölgə iqtisadiyyatının qarşısının alınması, şəffaflaşma və ağarma müxtəlif sektorlar üzrə inkişafı təmin edib. Bu istiqamətdə görülən işlər spirtli içkilər və tütün bazarına da təsir edib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, spirtli içkilər bazarı uzun müddət ikili mühasibatlıq, gəlirlərin gizlədilməsi və uçotdan yayınma hallarının ən geniş yayıldığı sahə olub. 2018-ci ildən etibarən sahibkarlıq subyektlərinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən fəaliyyətinin şəffaflaşdırılmasına yönələn çağırışlar, maarifləndirmə, nəzarət tədbirlərinin gücləndirilməsi və bazarın tənzimlənməsi üçün sivil alətlərin tətbiqi burada əsaslı dəyişikliklər yaradıb. Hazırda bu bazar iqtisadi çağırışların təmin olunmasına adekvat cavab verən sahəyə çevrilir və kölgədən işığa doğru əsaslı sürətdə dəyişir.

Dövlət Vergi Xidməti tərəfindən aksizli malların istehsalı və dövriyyəsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində bu sektor üzrə vergi daxilolmalarında yüksək artım dinamikası müşahidə olunur. Alkoqollu içki, tütün məmulatlarının istehsalı və idxalı ilə məşğul olan vergi ödəyicilərinin ümumi vergi ödənişləri 2017-ci ildə 126,6 milyon manat, 2018-ci ildə 179,7 milyon manat, 2019-cu ildə 338,5 milyon manat, cari ilin 6 ayı ərzində isə 278,4 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə ödəmələr üzrə 166,3 milyon manat, faiz nisbəti ilə isə 148 faiz artımın olduğu deməkdir.

Müqayisə üçün təkcə aksiz vergisi üzrə daxilolmalar 2017-ci ildə 22,4 milyon manat, 2018-ci ildə 48,4 milyon manat, 2019-cu ildə 197,4 milyon manat, cari ilin 6 ayında isə 164,3 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 105,9 milyon manat, faiz nisbəti ilə isə 181 faiz artımın olduğu deməkdir.

Vergi ödəyicilərinin istehsal etdiyi məhsulların həcmi üzrə də bu artımı aydın şəkildə görmək mümkündür. 2020-ci ilin altı ayı üzrə təhlillər onu göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə tütün məhsullarının istehsalı 48,5 faiz, pivə istehsalı 4,2 faiz artıb. Müvafiq olaraq qeyd edilən məhsullar üzrə digər vergilərlə yanaşı aksiz vergisi üzrə də ödənişlər artıb.

Pandemiya dövründə ictimai-iaşə obyektlərinin bağlı olmasına baxmayaraq, istehsal edilmiş pivənin həcmi ötən dövrlə müqayisədə 1,004 min litr çox olub. Pivə istehsalçıları tərəfindən məhsullar iri ticarət şəbəkələrində hazır qablaşdırılmış məhsullarla yanaşı süzülmə üsulu ilə də istehlakçılara təqdim edilməsi nəticəsində mümkün olub.

Azərbaycanda yeni iqtisadi siyasətin əsas istiqamətlərindən biri idxaldan asılılığın azaldılması və yerli istehsalın artırılmasıdır. Tütün və spirtli içki istehsalı üzrə bu istiqamətdə də əhəmiyyətli irəliləyişlər var. Bu sahədə yerli istehsal müəssisələrinin fəaliyyət göstərməsi yaxşı nəticələr verib. Belə ki, 2018-ci ildən Sumqayıt Kimya Sənaye Parkında “Tabaterra” QSC tütün məmulatları istehsalı fabriki işə başlayıb. 14 milyard ədəd siqaret həcmində ümumi illik istehsal gücünə malik fabrikin 8 istehsal xətti var və hazırda burada 74 növ siqaret istehsal edilir.

İstehsalın artması idxal məhsullarına tələbatı azaldıb. Üstəlik yerli istehsal sahələrinin inkişafı daxili resurslardan səmərəli istifadəyə də şərait yaradır. Bu isə sahibkarlara yeni invesitisiya imkanlarından yararlanmaq üçün geniş potensial yaradır.

Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsi çərçivəsində qeyri-neft sektorunun inkişafı əsas iqtisadi prioritetlərdəndir. Azərbaycanda yerli istehsalçı şirkətlər tərəfindən ötən ildən pivə istehsalatı üçün xammalın lokallaşdırılmasına məqsədlənən pivə arpasının becərilməsi üzrə pilot layihəyə start verilib.

Ötən il Şəmkir rayonunda, 8,4 hektar ərazidə payızlıq arpa növlərinin seleksiyasında dünya üzrə məşhur şirkətlərdən birinin tədarük etdiyi pivə arpasının 4 növünün sınaq əkini həyata keçirilib. Test əkininin əsas məqsədi yerli şərtlərdə sınaqların keçirilməsi yolu ilə bu növlərin potensial məhsuldarlığı, pivə istehsalı məqsədləri üçün yararlılığı baxımından keyfiyyət göstəricilərinin uyğunluğunun təyin olunmasından ibarətdir. Pivəlik arpa yığımı bu il baş tutub və nümunələr pivə istehsalı standartlarına uyğunluğunun təyin olunması üçün laboratoriyalara göndərilib. Laboratoriyada əldə edilən ilkin nəticələrə görə, arpa növlərindən 2-si Azərbaycanın iqlim şəraitində yüksək məhsuldarlıq verib və onların yararlı olması təsdiqlənib. Hazırda Azərbaycanın əlverişli coğrafi mövqeyinə əsaslanaraq yerli və idxal edilmiş pivə arpasının ölkəmizdə emal edilərək Yaxın Şərq və Orta Asiyaya çatdırılması üçün emal zavodunun tikilməsi dəyərləndirilir.

Biznes üçün yaradılmış əlverişli şərait, yerli istehsala yönələn layihələrin reallaşdırılması emal müəssisələrinin xammala olan tələbatının daxili istehsal hesabına ödənilməsinə, bölgələrin aqrar-sənaye potensialının artırılmasına, xüsusilə regionlarda yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına mühüm töhfə verəcək. Bu isə kənd təsərrüfatının imkanlarından səmərəli istifadə, yerli məhsulların rəqabət qabiliyyətlinin artırılması, məşğulluğun təmin edilməsi və nəticədə iqtisadi aktivliyin genişlənməsidir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?