2 Aprel 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın vergi sistemi: dünən, bu gün, sabah

11 fevral – vergi xidməti işçilərinin peşə bayramı günüdür

Samir Əliyev, iqtisadçı ekspert

Vergilər Nazirliyi vətəndaş cəmiyyəti ilə, ictimai sektorla, ekspertlərlə əlaqə yaratmağa üstünlük verən dövlət qurumlarındandır. Təqdirəlayiqdir ki, Vergilər Nazirliyi son vaxtlar bu sahədə əməkdaşlığı getdikcə həm intensivləşdirir, həm də genişləndirir. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı keçirilmiş görüşlər də bu islahatlara öz töhfəsini verdi. İstər Vergilər Nazirliyi, istərsə də Şamaxıdakı Tədris Mərkəzində keçirilmiş görüşlərdə nazirliyin rəhbər vəzifəli şəxsləri ekspertlərin fikir və rəylərini dinlədi və bir sıra məqamların gələcəkdə nəzərə alınacağını qeyd etdi, bəzi fikirlər yerindəcə qəbul olundu. Əlbəttə, dövlət qurumu ilə ictimaiyyət arasında bu anlaşma çox vacibdir.

Düşünürəm ki, gələcəkdə də belə məsləhətləşmələr aparılmalıdır. Bu, nazirlik üçün prosesi daha real izləmək və məlumatlar almaq baxımından da faydalı ola bilər. Ekspertlər üçün isə ona görə faydalıdır ki, onlar tam mənada prosesin içində olurlar. Elə məlumatlar var ki, onu kənardan almaq çətinlik yaradır. Bu görüşlər nəticəsində məlumatları əldə etməklə ekspert mövcud vəziyyəti daha dərindən və anlaşıqlı qəbul edə bilir və bəzi halda nazirliyin və istənilən dövlət qurumunun atdığı addımın səbəbini daha dərindən anlayır. Düşünürəm ki, bu sahədə münasibətlər daha da dərinləşdirilməli, əməkdaşlıq sadəcə görüş və müzakirələrlə yekunlaşmamalıdır. Fikrimcə, bu əməkdaşlığın istiqamətlərindən biri tədqiqatların, araşdırmaların aparılmasına yönəldilməlidir. Vergi siyasətinə, vergi dərəcələrinə, ümumiyyətlə, vergi inzibatçılığına edilmiş dəyişikliyin sahibkarlığa, əhalinin yaşayış səviyyəsinə təsiri ilə bağlı hər hansı bir qiymətləndirmə aparmaq üçün nazirliyin özünün qiymətləndirmələri olur. Lakin vətəndaş cəmiyyəti və ekspertlər qiymətləndirmənin daha dəqiq və daha obyektiv aparılmasına kömək edə bilər.

İkinci istiqamət ayrı-ayrı sahələr üzrə ekspertlərin bilik və bacarıqlarının artırılmasıdır. Əlbəttə, ekspert vergi ilə bağlı bütün sahələri öyrənə bilməz. Onların da bəzi biliklərinin, xüsusən texniki biliklərinin artırılmasına ehtiyac var. Yəni dövri olaraq onların bilik və bacarıqlarının artırılması üçün təlimlərin keçilməsi daha yaxşı olardı. İstər vətəndaş cəmiyyəti institutlarının, istərsə də nazirliyin təşkil etdiyi "dəyirmi masa" müzakirələrinə ekspertlərin dəvət olunması gözəl nəticələr əldə edilməsinə gətirib çıxara bilər.

İqtisadiyyatAzərbaycan-ABŞ “Yaşıl Enerji” Forumu keçiriləcək Ekspert RəyiBeynəlxalq müqavilələrin vergi ilə bağlı müddəalarının tətbiqinə hansı halda məhdudiyyət qoyulur? İqtisadiyyatEldəniz Əmirov: “Manatın məzənnəsi üçün hər hansı təhdid yoxdur” VergiSatışdankənar gəlirlər məcmu gəlirlərə aid edilirmi? İqtisadiyyatİqtisadiyyat nazirinin müavini Tərtərdə vətəndaşları qəbul edəcək SosialXüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıb Ekspert RəyiTransfer qiymətinin müəyyən edilməsi ilə bağlı yenilik VergiNağd pul hesablaşmaları necə rəsmiləşdirilir? VergiDövlət Vergi Xidməti sayca ikinci “Yay Təcrübə Proqramı”na qəbul elan edir İqtisadiyyatAğdam Sənaye Parkında rezidentlərin sayı 14-ə çatıb