27 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlardan tutulan məcburi dövlət sosial sığorta haqqı azaldılıb

"Sosial Sığorta haqqında" Qanuna edilmiş son dəyişikliklərdə sahibkarlar üçün müəyyən güzəştlər nəzərdə tutulub. Mövzunu hüquqşünas Şəhriyar Həbilov şərh edir. 

1 aprel 2020-ci ildən 1 yanvar 2021-ci ilədək tikinti və ticarət sahələrində çalışan sahibkarlar üçün minimum aylıq əməkhaqqının (250 AZN) 25 faizi məbləğində (62,5 manat) məcburi dövlət sosial sığorta haqqı müəyyən edilib: 250 x 25% = 62,5 manat.

Digər sahələrdə fəaliyyət göstərən sahibkarlar üçünsə minimum aylıq əməkhaqqının 15 faizi məbləğində (37,5 manat) məcburi dövlət sosial sığorta haqqı nəzərdə tutulub: 250 x 15% = 37,5 manat.

Qeyd edək ki, Sumqayıt və Gəncə şəhərlərində bu məbləğin 90 faizi (56,25 manat və 33,75 manat), digər şəhərlərdə 80 faizi (50 manat və 30 manat), qəsəbələrdə 60 faizi (37,5 manat və 22,5 manat), kənd yerlərində 50 faizi (31,25 manat və 18,75 manat) miqdarında sosial sığorta haqqı ödəniləcək. 2021-ci ildən isə 5 il müddətinə bu məbləğ regionlar üzrə faiz nisbəti dəyişmədən qalmaqla, tikinti sektoru üçün minimum aylıq əməkhaqqının 50 faizi, digər sektorlar üzrə 25 faizi həcmində tutulacaq.

Muzdlu işçi cəlb etmədən fərdi qaydada sahibkarlıqla məşğul olan şəxslər üçün yeni sığorta haqları bu cür müəyyən edilib:

  • şənliklərdə aparıcı, çalğıçı, rəqqas, aşıq, məzhəkəçilik edənlər - minimum aylıq əməkhaqqının 5 faizi: 250 x 5%-i =12,5 manat;

  • fərdi foto, audio-video xidməti üzrə fəaliyyət göstərənlər minimum aylıq əməkhaqqının 5 faizi: 250 x 5% = 12,5 manat;

  • çəkməçi, pinəçi, saat, məişət avadanlığı təmirçisi, ev və mənzillərdə işləyən qulluqçu, bağban, aşpaz, gözətçi, dayə, fərdi bərbər, dərzi, fərdi sürücü, iaşə müəssisəsində ofisiant, nəqqaşlıq emalatxanasının fəaliyyəti üçün minimum aylıq əməkhaqqının 3 faizi: 250 x 3% = 7,5 manat;

  • kənd təsərrüfatına yararlı torpağa görə 5 hektar üçün minimum aylıq əməkhaqqının 2 faizi (250 x 2% = 5 manat), 5-10 hektar üçün 6 faizi (250 x 6%=15 manat), 10+ hektar üçün 10 faizi (250x10%=25manat) məbləğində sosial sığorta haqqı müəyyən edilib.

.

Torpağı olanlardan başqa digər ödəyicilər üçün bu rəqəm Bakı şəhərində 2 əmsalına, Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərlərində isə 1,5 əmsalına vurulmalıdır.

Dəyişiklik 2026-cı ilədək qüvvədə olacaq.

Hazırladı:
Fərqanə ALLAHVERDİQIZI

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?