Sahibkarlardan tutulan məcburi dövlət sosial sığorta haqqı azaldılıb

2020.06.06 11:27 (UTC+04:00)

1 aprel 2020-ci ildən 1 yanvar 2021-ci ilədək tikinti və ticarət sahələrində çalışan sahibkarlar üçün minimum aylıq əməkhaqqının (250 AZN) 25 faizi məbləğində (62,5 manat) məcburi dövlət sosial sığorta haqqı müəyyən edilib: 250 x 25% = 62,5 manat.

Digər sahələrdə fəaliyyət göstərən sahibkarlar üçünsə minimum aylıq əməkhaqqının 15 faizi məbləğində (37,5 manat) məcburi dövlət sosial sığorta haqqı nəzərdə tutulub: 250 x 15% = 37,5 manat.

Qeyd edək ki, Sumqayıt və Gəncə şəhərlərində bu məbləğin 90 faizi (56,25 manat və 33,75 manat), digər şəhərlərdə 80 faizi (50 manat və 30 manat), qəsəbələrdə 60 faizi (37,5 manat və 22,5 manat), kənd yerlərində 50 faizi (31,25 manat və 18,75 manat) miqdarında sosial sığorta haqqı ödəniləcək. 2021-ci ildən isə 5 il müddətinə bu məbləğ regionlar üzrə faiz nisbəti dəyişmədən qalmaqla, tikinti sektoru üçün minimum aylıq əməkhaqqının 50 faizi, digər sektorlar üzrə 25 faizi həcmində tutulacaq.

Muzdlu işçi cəlb etmədən fərdi qaydada sahibkarlıqla məşğul olan şəxslər üçün yeni sığorta haqları bu cür müəyyən edilib:

.

Torpağı olanlardan başqa digər ödəyicilər üçün bu rəqəm Bakı şəhərində 2 əmsalına, Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərlərində isə 1,5 əmsalına vurulmalıdır.

Dəyişiklik 2026-cı ilədək qüvvədə olacaq.

Hazırladı:
Fərqanə ALLAHVERDİQIZI