11 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hüquqi şəxs yaratmaq istəyənlərin "Elektron kabinet"i aktivləşdirilib

Yeni yaradılan hüquqi şəxsin onlayn qeydiyyatı sahəsində daha bir yeniliyin tətbiqinə başlanılıb: İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) hüquqi şəxslər üçün yaradılmış "Elektron kabinet" artıq aktivləşdirilib. Bu o deməkdir ki, yeni yaradılan hüquqi şəxs onlayn qeydiyyat ərizəsini "ASAN imza" olmadan mobil nömrə və fin-kod vasitəsilə təsdiqləyə bilər. Həmçinin bu şəxslər "Elektron kabinet"ə daxil olmaqla özlərinə gələn məlumat və bildirişləri, habelə göndərdikləri sənədləri izləyə, vergi orqanları ilə elektron qaydada yazışma apara bilərlər.

Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin direktoru Samir Seyidəhmədli bildirib ki, bu yeniliyin tətbiqi sayəsində hüquqi şəxslərin qeydiyyatı daha da asanlaşıb: "Əvvəllər "Elektron kabinet"ə malik olmaq üçün parol-şifrə əldə edilməli idi və bundan ötrü həmin şəxsdən VÖEN tələb olunurdu. İndi isə "ASAN imza" olmadan, yalnız mobil nömrə vasitəsilə istənilən şəxs İnternet Vergi İdarəsində öz "Elektron kabinet"ini yaratmaqla hüquqi şəxs kimi qeydiyyatdan keçə biləcək. Hazırda həmin şəxslər bu sistem vasitəsilə Vergilər Nazirliyinin tətbiq etdiyi iki xidmətdən istifadə edir: həm məktub yaza bilir, həm də onlayn qaydada hüquqi şəxs yarada, bank hesabı aça və ƏDV qeydiyyatına alına bilir".

Yaxın vaxtlarda fiziki şəxslərin uçotu və digər vergi xidmətlərinin bu sistem vasitəsilə göstərilməsi mümkün ola bilər. Bu xidmətin gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulur.

Elxan SALAHOV

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?