19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergilər Nazirliyinin əməkdaşları beynəlxalq proqramda uğur qazanıblar

Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində "Transfer qiymətlərin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək" layihəsi davam edir. Layihəyə əsasən, Vergilər Nazirliyinin əməkdaşları arasından xüsusi testlərdən keçərək seçilmiş 10 nəfər beynəlxalq vergitutma sahəsində ali diplom - ADİT (Advanced Diploma in İnternational Taxation) imtahanlarında iştirak edib və onlardan beşi imtahanlardan uğurla keçib.

ADİT proqramı Böyük Britaniyanın Sertifikatlaşmış Vergitutma İnstitutu tərəfindən təşkil olunur. Proqramı müvəffəqiyyətlə bitirmək üçün 5 il ərzində bütün iştirakçılar üçün tamamlanması məcburi olan beynəlxalq vergitutma prinsipinə aid modul daxil olmaqla, ümumilikdə üç modul üzrə imtahanları vermək tələb olunur. İmtahanlar beynəlxalq vergi hüququnu, ikiqat vergitutma sazişlərini və onların şərhlərini, transfer qiymətləndirmə ilə bağlı qayda və yanaşmaları, eləcə də vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinə (BEPS) dair məsələləri əhatə edir. Vergilər Nazirliyinin əməkdaşları Orxan Musayev və Ceyhun İsmayilov beynəlxalq vergitutma prinsipləri üzrə modulu, Cavid Əliyev, Təhminə Əsgərova və Tofiq Gulaliyev isə transfer qiymətləri üzrə modulu müvəffəqiyyətlə bitiriblər.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?