30 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əməkhaqqının rəsmiləşdirilməsinin işçiyə yaratdığı üstünlüklər...

Vergi Məcəlləsində aparılan dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8.000 manatadək olduqda vergi tutulmayacaq. Gəlirin məbləği 8.000 manatdan çox olduğu halda, 8.000 manatdan yuxarı məbləğin 14 faizi miqdarında vergi tutulacaq. Mövzunu iqtisadçı Anar Bayramov şərh edir.

Dəyişikliyin əsas məqsədi qeyri-leqal əməkhaqlarının rəsmiləşdirilməsidir

Bir çox hallarda işəgötürənlər işçilərlə bağlanmış əmək müqavilələrində əməkhaqqını dəfələrlə aşağı məbləğdə rəsmiləşdirir və faktiki olaraq vergidən yayındırılan dövriyyə hesabına işçilərə əlavə (qeyri-rəsmi) əməkhaqqı ödənişləri edirlər. Bunun əsas səbəbi kimi, işəgötürənin vergi və sosial sığorta yükünün artıq olması göstərilir. Ona görə də dəyişikliklə əlaqədar 8.000 manatadək aylıq əməkhaqqı alan şəxslərdən vergi tutulmaması işəgötürənləri real əməkhaqqını bəyan etməyə stimullaşdırır.

İşçinin gələcək pensiya təminatı formalaşır

Vətəndaş çalışdığı müəssisədən maaşını qeyri-leqal aldığı üçün öz fərdi uçot fonduna hər hansı vəsait yığa bilmir. Əməkhaqqının leqallaşdılması nəticəsində işçinin maaşının 25 faizi məbləğində məcburi dövlət sosial vəsaiti onun fərdi hesabında toplanır. Pensiya yaşına çatdıqda isə bu məbləğ hər ay özünə qaytarılır. İşçinin əmək müqaviləsi olmadığı üçün gələcəkdə əmək müqaviləsinə xitam verildiyi təqdirdə, ona hər hansı müavinət ödənilmir. Əlində rəsmi gəlirlərini təsdiq edən sənəd olmadığından və işsizlikdən sığorta ilə bağlı icbari ödənişlər aparılmadığından, həmin şəxsin məşğulluq idarələrindən işsizlik müavinəti alması da çətin olur.

İşçi rəsmi əmək müqaviləsi ilə çalışdığı üçün ona əməkhaqqı üzrə
1 faiz işsizlikdən sığorta haqqı ödənilir

Rəsmi müqavilə ilə çalışan işçinin isə əmək müqaviləsinə xitamına əsas verən səbəblər müəssisənin ləğvi, işçinin və ya ştatın ixtisarı, əmək şəraitinin dəyişməsi və s. olduqda Əmək Məcəlləsinin tələblərinə əsasən, onun işdənçıxarma müavinəti əldə etmək imkanı yaranır. Bundan əlavə, işçi rəsmi əmək müqaviləsi ilə çalışdığı üçün ona əməkhaqqı üzrə 1 faiz işsizlikdən sığorta haqqı ödənilir. Bu cür icbari ödənişlər sayəsində işçinin əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verildkdə, onun müvafiq məşğulluq idarələrindən işsizlik müavinəti almaq hüququ yaranır.

Kredit və digər maliyyə alətlərindən faydalanmaq imkanı

İşçi qeyri-rəsmi gəlir əldə edən zaman onun kredit ala bilmək imkanları da məhdudlaşır. Kredit və maliyyə institutları işçinin aldığı maaşla maraqlanır və rəsmi müqavilə əsasında çalışan şəxs əmək müqaviləsinin reyestrindən əməkhaqqı arayışını maliyyə institutlarına təqdim edə bilir. Bundan əlavə, işçi ipoteka krediti ilə ev əldə etmək imkanı da qazanır.

Fəxriyyə İKRAMQIZI

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?