3 Dekabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mart ayında 173 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib

1 aprel 2020-ci il tarixə Azərbaycanda fəaliyyəti aktiv olan xarici investisiyalı kommersiya qurumlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çox olub.

Aprelin 1-nə qeydiyyatda olan xarici investisiyalı kommersiya hüquqi şəxslərin 18,8 faizi xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı nümayəndəliyi və ya filialı, 77,3 faizi məhdud məsuliyyətli cəmiyyət, 0,8 faizi səhmdar cəmiyyət, 0,2 faizi kooperativ və 2,8 faizi isə digər təşkilati hüquqi formalarda olub.

2020-ci ilin mart ayında 173 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Bu isə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,2 dəfə (137) çoxdur. 2020-ci ilin mart ayında qeydiyyata alınan 173 xarici investisiyalı kommersiya qurumunun 170-nin fəaliyyəti aktiv olub, 3-nün fəaliyyəti dayandırılıb. Mart ayı ərzində xarici investisiyalı kommersiya hüquqi şəxs ləğv olunmayıb.
2020-ci ilin mart ayında dövlət qeydiyyatına alınan hüquqi şəxslərin 34,6 faizi Pakistan, 16,1 faizi İran, 18,6 faizi Türkiyə, 13,8 faizi Hindistan, 8 faizi İraq investisiyalı hüquqi şəxslərdir.

2020-cu ilin mart ayında qeydiyyatdan keçmiş aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.

2020-ci ilin mart ayında dövlət qeydiyyatından keçmiş xarici investisiyalı kommersiya hüquqi şəxsin 36,4 faizi xidmət, 16,7 faizi ticarət, 8,6 faizi sənaye, 6,9 faizi tikinti, 2,3 faizi kənd təsərrüfatı, 1,1 faizi nəqliyyat, 2,8 faizi rabitə, 24,8 faizi digər sahədə fəaliyyət göstərir.

VergiVergi borclarının silinməsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi VergiƏDV ödəyicisi başqa təsərrüfat subyekti üzrə sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi? VergiƏməkhaqqı və kompensasiyalardan vergilər necə hesablanır? Ekspert RəyiHansı hesablaşmalar mütləq olaraq nağdsız qaydada həyata keçirilməlidir? VergiFermerlər vergi hesabatlarını necə verməlidirlər? VergiBeynəlxalq yükdaşıma xidmətinin ƏDV-yə cəlb edilməsi VergiRepetitorların vergi uçotuna alınması və öhdəlikləri necə müəyyən edilir? Ekspert RəyiBütün müəssisələrdə baş mühasib ştatının olması vacibdirmi? VergiOnlayn NKA-lar vasitəsilə dövriyyə 18 mlrd. manata yaxın olub VergiAktiv ƏDV ödəyicilərinin sayı 12,2 faiz artıb