28 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tibbi sığorta xidmətlərinin vergidən azad edilməsi

Vergi Məcəlləsinə əlavə edilmiş 164.1.51-ci maddəyə və "Tibbi sığorta haqqında" Qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi 2020-ci il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azad edilmişdir.

Vergilər Nazirliyindən bildirilib ki, "Tibbi sığorta haqqında" Qanunun 1.0.1-ci maddəsinə əsasən, xidmətlər zərfi - icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur.

Həmin qanunun 15-12.1-ci maddəsində isə qeyd edilib ki, tibbi xidmətlər sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına göstərilir. "Tibbi sığorta haqqında" Qanunda könüllü tibbi sığorta sistemində tibbi xidmətlər üçün tariflər, icbari tibbi sığorta üzrə tibbi xidmətlərin göstərilməsi qaydası, habelə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına tibbi xidmətlərin göstərilməsi ilə bağlı tibbi sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir.

Qeyd olunanlara əsasən, icbari tibbi sığorta fondunun vəsaiti hesabına göstərilən xidmətlər icbari tibbi sığorta çərçivəsində tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərdir.

VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi?