13 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Güzəştli vergi tutulan ölkələrdə aparılan əməliyyatlar

Vergilər Nazirliyinin şərhində göstərilir ki, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlirə aid edilmişdir. Bu maddənin müddəaları rezident banklar tərəfindən açılan müxbir hesablara aid edilmir.

Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə əsasən, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb edilir. Bununla yanaşı, hər il üçün güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.

"Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il 724 nömrəli Fərmanı ilə güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı yeni redaksiyada təsdiq edilmişdir.

Rezident şəxslər tərəfindən güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə köçürülən məbləğlər müxtəlif səbəblərdən (şəxslər arasında aparılan əməliyyatın baş tutmaması, müqavilənin ləğv edilməsi, bank hesabının rekvizitlərinin düzgün göstərilməməsi və s.) rezident şəxslərin bank hesablarına geri qaytarıldığı hallarda əməliyyat üzrə valyuta balansı qorunduğundan və əməliyyat ləğv edildiyindən həmin ödəmələrdən Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə uyğun olaraq tutulmuş 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi azaldılır.

VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir?