10 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ƏDV əvəzləşdirilməsi zamanı elektron vergi hesab-fakturasının verilməsi

ƏDV ödəyicisi olan müəssisə 7 yanvar 2020-ci il tarixdə digər bir hüquqi şəxsə ofis mebeli təqdim edib və həmin gün elektron qaimə-faktura verilib. Alıcı həmin mebelə görə müəssisənin depozit hesabına ödədiyi ƏDV-nin əvəzləşdirilməsi üçün elektron vergi hesab-fakturası tələb edir. Bu, doğrudurmu?

Vergilər Nazirliyinin şərhində göstərilir ki, 2020-ci ilin 1 yanvar tarixədək alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu qüvvəyə minənədək mövcud olan qaydada həyata keçirilir. Alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin elektron qaimə-faktura ilə əvəzləşdirilməsi 2020-ci il yanvarın 1-dən sonra aparılan əməliyyatlara tətbiq edilir.

Qeyd olunanlara əsasən, 2020-ci ilin 1 yanvar tarixindən sonra təqdim edilən mallara görə yalnız elektron qaimə-faktura verilir və alıcı tərəfindən malların alışı zamanı ödənilmiş ƏDV məbləği əldə edilmiş elektron qaimə-faktura üzrə əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği isə ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.

VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?