10 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi sistemində yeni yanaşmaların əsas hədəfləri...

İqtisadiyyatın dayanıqlı və davamlı inkişafını təmin etmək məqsədilə vergi siyasəti mütəmadi olaraq liberallaşdırılır 

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərin ölkə iqtisadiyyatının inkişafına təsirləri barədə danışarkən bildirib ki, dövlət başçısının tapşırığı ilə həyata keçirilən dərin iqtisadi islahatların fonunda vergi siyasətində yeni yanaşmalar tətbiq edilir. Bu yanaşmalar, həyata keçirilən islahatlar, ilk növbədə, şəffaflığın təmin olunmasını nəzərdə tutur.

S.Musayeva vergi siyasətində tətbiq edilən yeni yanaşmaların əsas hədəflərini də açıqlayıb. Bu hədəflərə aşağıdakılar daxildir:

  • həm vergi orqanları, həm də vergi ödəyiciləri tərəfindən şəffaflığın təmin olunması;
  • "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması ilə bağlı təhlillərin və makroiqtisadi tədqiqatların aparılması;
  • ən yaxşı beynəlxalq təcrübələr öyrənilməklə vergi yolu ilə "kölgə iqtisadiyyatı"nın azaldılması üzrə təşəbbüslərin irəli sürülməsi;
  • vergi inzibatçılığının effektivliyinin daha da artırılması;
  • vergi nəzarəti tədbirlərinin, insan resurslarından daha optimal istifadə etməklə, az müddətdə və keyfiyyətlə həyata keçirilməsi;
  • vergi yükünün optimallaşdılması;
  • kiçik və orta sahibkarlığın inkişafını təşviq edən mexanizmlərin təkmilləşdirilməsi;
  • vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və s.

Vergi orqanlarının əsas hədəflərindən danışarkən ölkədə vətəndaşların, o cümlədən sahibkarlar və vergi ödəyiciləri arasında vergi mədəniyyətinin səviyyəsinin yüksəldilməsinin zəruriliyini xüsusi qeyd edən S.Musayeva bildirib ki, bu, özünü xüsusilə könüllü əməletmədə göstərməlidir: "Könüllü əməletmənin mövcud olması üçün etimad mühitinin yaradılması vacib şərtdir. Bununla əlaqədar vergi orqanları qarşısında da vəzifələr müəyyən edilib".

Elxan SALAHOV

VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?