Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərin ölkə iqtisadiyyatının inkişafına təsirləri barədə danışarkən bildirib ki, dövlət başçısının tapşırığı ilə həyata keçirilən dərin iqtisadi islahatların fonunda vergi siyasətində yeni yanaşmalar tətbiq edilir. Bu yanaşmalar, həyata keçirilən islahatlar, ilk növbədə, şəffaflığın təmin olunmasını nəzərdə tutur.
S.Musayeva vergi siyasətində tətbiq edilən yeni yanaşmaların əsas hədəflərini də açıqlayıb. Bu hədəflərə aşağıdakılar daxildir:
Vergi orqanlarının əsas hədəflərindən danışarkən ölkədə vətəndaşların, o cümlədən sahibkarlar və vergi ödəyiciləri arasında vergi mədəniyyətinin səviyyəsinin yüksəldilməsinin zəruriliyini xüsusi qeyd edən S.Musayeva bildirib ki, bu, özünü xüsusilə könüllü əməletmədə göstərməlidir: "Könüllü əməletmənin mövcud olması üçün etimad mühitinin yaradılması vacib şərtdir. Bununla əlaqədar vergi orqanları qarşısında da vəzifələr müəyyən edilib".
Elxan SALAHOV