23 Mart 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Debitor borclar üzrə iddia müddəti

Vergi Məcəlləsinin 166.1.3-cü maddəsinə əsasən, təqdim edilmiş mallar (işlər, xidmətlər) üzrə yaranan debitor borclar üzrə iddia müddətinin bitdiyi vaxt ƏDV tutulan əməliyyatın vaxtı müəyyən edilir. İddia müddətinin başlanması və dayandırılması, habelə iddia müddətinin bitməsi Mülki Məcəllə ilə tənzimlənir.

Vergilər Nazirliyindən bildirilib ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

Mülki Məcəllənin 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti 10 il təşkil edir.

  • müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;

  • vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir;

  • tələblərin ayrı-ayrı növləri üçün Mülki Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər;

  • natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; - təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri natura formasında ödənildiyi halda malı (işi, xidməti) təqdim edən şəxs üçün ƏDV tutulan əməliyyatın vaxtı təqdim edilmiş malın (işin, xidmətin) dəyərinin naturada əldə edildiyi vaxtdır.
İqtisadiyyatAğdam Sənaye Parkında rezidentlərin sayı 14-ə çatıb VergiAzərbaycan BEPS fəaliyyətləri üzrə öhdəliklərin icrasına başlayıb VergiHüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda vergi öhdəliyi necə tənzimlənir? İqtisadiyyatXamis Seyranov: “Yeni Rəqabət Məcəlləsi bir sıra üstünlüklərə malikdir” VergiVergi təşəbbüsləri və rəqəmsallaşma mövzuları üzrə təlim-seminar keçirilir İqtisadiyyatLatviya ilə potensial əməkdaşlıq imkanları müzakirə olunub VergiNaxçıvanda obyektlərin 50,6 faizində yeni nəsil NKA quraşdırılıb İqtisadiyyatEgils Levits Bakıda Azərbaycan və Latviya iş adamları ilə görüşüb VergiKeçmiş dövrlərdə artıq ödənilmiş ƏDV məbləği sonradan əvəzləşdirilə bilərmi? XəbərlərPrezident İlham Əliyev: “Biz pandemiya ilə mübarizə üçün 80 dövlətə yardım etmişik”