24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İşçinin əsas və əlavə iş yerlərindən əldə etdiyi gəlirindən vergi və sosial sığorta haqqının tutulması

İşçinin əsas və əlavə iş yerlərindən əldə etdiyi gəlirindən vergi və sosial sığorta haqqının tutulması

Vergilər Nazirliyi işçinin əsas və əlavə iş yerlərindən əldə etdiyi gəlirindən vergi və sosial sığorta haqqının tutulması və işəgötürən tərəfindən əməkhaqqından əlavə verilən maddi yardımın sosial sığorta haqqına cəlb edilməsi ilə bağlı açıqlama verib.

İşçinin əsas və əlavə iş yeri üzrə əldə etdiyi gəlirlərindən vergi və sosial sığorta haqqının tutulması ilə bağlı bildiririk ki, eyni işəgötürən müəssisə ilə həm əsas əmək müqaviləsi, həm də əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq eyni iş yerində çalışan işçinin hər iki əmək müqaviləsindən əldə etdiyi muzdlu işlə əlaqədar aylıq gəlirləri cəmlənərək gəlir vergisi və məcburi dövlət sosial sığorta haqlarına cəlb olunur.

Eyni zamanda, bildirilir ki, işəgötürən tərəfindən işçiyə verilən maddi yardım işçinin məcburi dövlət sosial sığorta haqqına cəlb olunan gəlirinə aid edilməklə ümumi qaydada məcburi dövlət sosial sığorta haqqına cəlb olunur.

"Sosial sığorta haqqında" Qanunun 15-ci maddəsində maddi yardım sosial sığorta haqqı hesablanmayan gəlir növü kimi müəyyən edilməmişdir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?