15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pensiyaçılara əmlak vergisində güzəştlər

Mənzillərini, digər əmlaklarını sənədləşdirən vətəndaşların əmlak vergisini ödəmələri ilə bağlı müəyyən suallar yaranır. Bu suallardan biri də budur ki, Yeni Günəşli qəsəbəsində 67,9 kvadratmetr, 5 otaqlı mənzil sahibi olan təqaüdçü vətəndaş nə qədər vergi ödəməlidir?

Vergilər Nazirliyindən bildirilib ki, xüsusi mülkiyyətdə olan yaşayış sahəsinin əmlak vergisinin hesablanması zamanı həmin yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə Bakı şəhəri üzrə müəyyən olunan 0,4 manat vergi dərəcəsi, habelə Nazirlər Kabineti tərəfindən Bakı şəhərinin zonaları üzrə müəyyən olunan müvafiq əmsal tətbiq edilir.

Qeyd olunan Bakı şəhərinin Suraxanı rayonunda yerləşən binalar 9-cu zonaya aid edilir və onlara tətbiq olunan əmsal 0,85-ə bərabərdir. Qeyd olunan halda həmin mənzil üçün əmlak vergisinin məbləği 12,88 manat olacaq:

(67,9 – 30) x 0,4 x 0,85 = 12,88 manat.

Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, pensiyaçıların binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır. Ona görə də sözügedən mənzilə görə əmlak vergisi ödəmək öhdəliyi yaranmır.

Bundan başqa, yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqların sahəsi 10.000 kvadratmetrədək olduqda, Vergi Məcəlləsinin 206.3-cü maddəsində qeyd olunan dərəcələrlə torpaq vergisi hesablanır.

Ayrılıqda bir neçə şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin (məsələn, bina evlərinin) altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi həmin şəxslərə məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?