4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Malların alış aktı elektronlaşdırılacaq

Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, malların alış aktının elektronlaşdırılması nəzərdə tutulub. Bununla bağlı Vergi Məcəlləsinə 71.2-ci maddə əlavə edilib. Mövzunu maliyyə üzrə ekspert Mahmud Abasquliyev şərh edir.

Vergi ödəyicisi tərəfindən tərtib edilən elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda, həmin sənəd malların alışını təsdiq edən sənəd hesab olunur. Bu zaman kağız daşıyıcıda "Malların alış aktı"nın tərtib edilməsinə zərurət yaranmır. Malların alışına görə, ilkin olaraq kağız daşıyıcıda olan "Malların alış aktı" tərtib edildiyi halda, həmin alış aktı əsasında malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilməlidir.

Qeyd edək ki, 1 yanvar 2020-ci il tarixədək vergi orqanında uçotda olmayan fiziki şəxslərdən mallar alınarkən vergi ödəyiciləri tərəfindən "Malların alış aktı" tərtib edilirdi. Bu ildən həmin sənəd elektron qaydada tərtib ediləcək. Sahibkarlar çox vaxt malları elektron qaimə-faktura ilə, bəzən də bazarda vergi uçotunda olmayan şəxslərdən alırdılar. Bu zaman ciddi hesabat blankı olan "Malların alış aktı" təqdim edilməli idi. Ona əsasən də aldıqları malı uçota daxil etməli olurdular. 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş qanunvericiliyə əsasən, alış aktları elektronlaşdırılmalıdır.

"Malların alış aktı" elektron kargüzarlığa daxil olacaq. Orada həmin sənəd elektron qaydada tərtib edildikdən sonra çapa verilib imzalanacaq. Həmin sənədlər Vergilər Nazirliyinin nəzarətində olacaq. "Malların alış aktı" malların təqdim olunmasından 5 gün müddətində tərtib olunmalıdır.

Bununla bağlı Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində dəyişiklik edilib. Məcəllənin 58.8.2-ci maddəsinə əsasən, malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara tətbiq edilmir.

Sahibkarlar aldıqları mala ciddi yanaşmalı, maliyyə hesabatları ciddi formada tərtib edilməlidir.

Onu da deyək ki, elektron alış aktının formasının tətbiqi, uçotu və istifadəsi qaydalarının Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi nəzərdə tutulur.

Fərqanə ALLAHVERDİQIZI

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması