19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"ASAN imza"ya tələbat artır

Son illərin statistikasına əsasən, ölkəmizdə elektron imza,o cümlədən "ASAN imza" alanların sayı sürətlə artır.

Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib ki, indi həyatın bütün sahələrində elektron imzadan istifadə olunur və bu tendensiya daha da güclənir. 2018-ci ildə "ASAN imza" (mobil imza) əldə edənlərin sayı əvvəlki illərlə müqayisədə təxminən 2,5 dəfə artıb.

Qeyd edilib ki, Azərbaycanda yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin ilkin qeydiyyatı "ASAN imza"ya ehtiyac olmadan FIN kod vasitəsilə aparılacaq. Sonrakı mərhələlərdə, yəni bank və digər əməliyyatları həyata keçirmək üçünsə "ASAN imza"nın olması zəruridir.

"ASAN imza"nın qiyməti ilə bağlı sualı cavablandırarkən Ə.Məmmədov bildirib ki, mobil imzadan istifadə edənlərin sayı artdıqca onun qiymətinə yenidən baxılacaq. Amma bu məsələ nazirliyin səlahiyyətində deyil.

Elxan SALAHOV

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?