15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Subsidiya kartlarından ödənişlər etmək üçün POS-terminalların sayı artırılacaq

"Bu ilin fevralın 15-20-i tarixlərinə qədər subsidiyaların yeni qaydalar əsasında verilməsi ilə əlaqədar fermer kartların paylanması prosesinin böyük hissəsi yekunlaşacaq". Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev gübrə, pestisid və toxum təchizatçıları ilə görüşdə bildirib.

Agentliyinin sədri fermerlərin kartlarına ödənişlərin həyata keçirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib: "Sənədləri tam qaydasında olan və "Fermer kartı" əldə edən fermerlərə ödənişlər kartlarına keçirilir".

M.Əliyev qeyd edib ki, fermerlər subsidiya kartlarından ödənişləri "Kapital Bank" ASC-nin POS-terminalları vasitəsilə həyata keçirəcəklər: "Lakin Bankın ölkə üzrə POS-terminallarının sayı 70 ədəddir. Bu isə azdır".

Sonra "Kapitalı Bank"ın nümayəndəsi çıxış edərək bildirib ki, POS-terminalların sayı 110-a çatdırılacaq.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?