14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tikintisi bərpa edilən binaya görə verginin hesablanması

Fiziki şəxs kimi uçota alınan vergi ödəyicisi 2014-cü ilin yanvar ayında bina tikintisinə başlayıb və sadələşdirilmiş vergini tam ödəyib. Lakin maddi çətinliklə əlaqədar tikinti dayandırılıb və binada heç bir satış həyata keçirilməyib. Hazırda binanın təmir işlərinə başlayaraq tikilən mənzilləri satmağa qərar verib. Bu zaman həmin fiziki şəxs vergiyə hansı qaydada cəlb olunacaq?

Vergilər Nazirliyindən bildirilib ki, Vergi Məcəlləsinin 221.5-ci maddəsinə əsasən, bina tikintisi ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini Vergi Məcəlləsinin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirlər. Bu maddədə nəzərdə tutulmuş bəyannamə vergi orqanına təqdim edildikdən sonra hesablanmış vergi bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilir.

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli 1384-IVQD nömrəli Qanununun 2-ci maddəsində qeyd olunub ki, bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs öz seçiminə uyğun vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada da ödəyə bilər. Tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs bu Qanun qüvvəyə mindikdən sonrakı 30 gün müddətində Vergilər Nazirliyinə öz seçimi barədə yazılı formada məlumatı təqdim etməlidir. Bu maddə ilə müəyyən edilmiş müddətdə yazılı formada məlumatı təqdim etməyən şəxsə sadələşdirilmiş vergi bu Qanunla müəyyən edilmiş qaydada hesablanır. Bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə və vergi ödəməyə başlamış şəxs bu Qanunla müəyyən olunan sadələşdirilmiş vergini ödədiyi zaman bu Qanun qüvvəyə mindiyi tarixədək ödənilmiş ƏDV və sadələşdirilmiş vergi nəzərə alınır.

Odur ki, tikinti-quraşdırma işlərinə 2014-cü ildə başlanılmış binalar üzrə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə edən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yeni metodla sadələşdirilmiş verginin bəyannaməsi təqdim edilir və hesablanmış vergi öhdəliyi (həmin binaya görə əvvəlki dövrlər üçün ödənilmiş sadələşdirilmiş vergi və ƏDV məbləğləri çıxıldıqdan sonra qalan məbləğ) bərabər hissələrlə 10 faiz həcmində olmaqla 2016-cı ilin 1-ci rübündən başlayaraq 10 rüb ərzində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilir.

Qeyd olunan məsələyə dair əlavə məlumata ehtiyac yarandıqda müvafiq təsdiqedici sənədləri təqdim etməklə vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya Vergilər Nazirliyinə müraciət edə bilərsiniz.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?