17 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergilər Nazirliyinin Apelyasiya Şurasında ötən il 108 şikayətə baxılıb

2019-cu ildə Vergilər Nazirliyinin Apelyasiya Şurasında, ümumilikdə, 108 şikayətə baxılıb. Bunlardan 10-u səyyar vergi yoxlamaları, 48-i kameral vergi yoxlamaları, 17-si operativ vergi nəzarəti tədbirləri, 29-u vergi hesabatının müəyyən olunmuş müddətdə təqdim edilməməsi, 4-ü isə digər məsələlərlə bağlı olub.

Daxil olmuş şikayətlərdən 48 vergi ödəyicisinin müraciətinə mahiyyəti üzrə baxılıb. Belə ki, həmin şikayətlərdən 29-u tam, 2-si qismən təmin edilib, 17 vergi ödəyicisinin şikayəti isə təmin olunmayıb.

Şikayətlərdən 60-na onun predmeti üzrə məhkəməyə müraciət edilməsi və ya şikayətin məhkəmədə icraatda olması, yaxud məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olması, şikayətin verilmə müddətinin buraxılması, şikayətin geri götürülməsi və şikayətə baxılması Apelyasiya Şurasının predmeti olmaması səbəbindən mahiyyəti üzrə baxılmayıb.

2019-cu ildə Şura tərəfindən baxılmış 3 şikayət üzrə qərardan vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına təkrar şikayətlər verilib. Lakin sözügedən instansiya tərəfindən çıxarılmış qərarlar ilə Şuranın gəldiyi nəticə əsaslı hesab edilərək dəyişdirilmədən saxlanılıb.

Vergi ödəyicilərində vergi nəzarəti tədbirləri, habelə vergi yoxlamaları keçirilən zaman vergi qanunvericiliyinin və Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə ciddi əməl olunması, həmçinin vergi ödəyicilərinin məmnunluğunun təmin edilməsi, bununla belə dövlət büdcəsinə vergiləri ödəməkdən yayınan vergi ödəyiciləri barədə Vergi Məcəlləsinə uyğun olaraq tədbirlərin görülməsi məqsədilə Şuranın qərarlarının Vergilər Nazirliyinin aidiyyəti struktur vahidlərinə və bölmələrinə mütəmadi olaraq göndərilməsi təmin edilib.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?