7 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

POS-terminal quraşdırılmadığı və nəzarət-kassa aparatı çeki verilmədiyi halda maliyyə sanksiyaları

Vergi orqanı tərəfindən keçirilən operativ nəzarəti tədbiri zamanı marketdə həm POS-terminalın quraşdırılmaması, həm də nağd alınmış mala görə nəzarət-kassa aparatının çekinin verilmədiyi aşkar olunub. Belə olan halda, vergi ödəyicisinə hansı məbləğdə maliyyə sanksiyası tətbiq ediləcək?

Vergilər Nazirliyindən bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisi tərəfindən eyni əməliyyat üzrə bu Məcəllənin 58.7-ci maddəsində nəzərdə tutulmuş hesablaşma qaydalarının pozulması hallarına eyni vaxtda yol verildikdə, həmin qanun pozuntularına bir pozuntu halı kimi baxılır və maliyyə sanksiyası bir dəfə tətbiq edilir.

Misal: Fərdi sahibkara məxsus marketdən alış-veriş edən vətəndaş aldığı malların dəyərini POS-terminal vasitəsilə ödəmək istəyir. Lakin fərdi sahibkar POS-terminalla vəsaitin qəbulundan imtina edir və əvəzində malların dəyərinin nağd qaydada ödənilməsini tələb edir. Vətəndaş həmin malların dəyərini nağd qaydada ödədiyi halda, fərdi sahibkar həmin məbləği nəzarət-kassa aparatına mədaxil etmir və alıcıya kassa çeki vermir.

Qeyd: Fərdi sahibkar tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydasının pozuntu halına təqvim ili ərzində ikinci dəfə yol verilib.

Yuxarıda qeyd olunan halda, fərdi sahibkara POS-terminalla vəsaitin qəbulundan imtina edilməsinə görə 3.000 manat və alıcıya nəzarət-kassa aparatının çekinin verilməməsinə görə 3.000 manat olmaqla 6.000 manat deyil, hər iki pozuntu halına cəmi 3.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?