24 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Vergi könüllüləri"nə sertifikatlar təqdim edilib

Vergilər Nazirliyində vergi orqanlarının müxtəlif strukturlarında könüllü fəaliyyət göstərən şəxslərə sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib

Ölkədə könüllülük hərəkatının geniş vüsət aldığı, "vergi könüllüləri"nin də bu prosesin aktiv üzvləri olduğu qeyd edilən tədbirdə bildirilib ki, vergi orqanlarında könüllü fəaliyyətin elan edildiyi gündən bəri nazirliyə çoxsaylı müraciətlər daxil olub, Bakıda və regionlarda yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 50-dən çox şəxs könüllü fəaliyyətə cəlb edilib.

Tədbirdə çıxış edən könüllülər fəaliyyət göstərdikləri dövr ərzində iş prosesi ilə bağlı öz təəssüratlarını bölüşüb, rastlaşdıqları məsələlər barədə məlumat verib və vergi orqanlarında könüllü fəaliyyətə dair təkliflərini səsləndiriblər.

Sonda könüllülərə sertifikatlar təqdim edilib, onlara gələcək işlərində uğurlar arzulanıb.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?