28 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunun tətbiqi ilə bağlı fərman imzalayıb

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binaların dövlətə ayrılan hissəsinə dair hüquqi əsasları müəyyən edən normativ hüquqi aktlarla bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.48-ci maddəsinə uyğun olaraq, dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.4. həmin Məcəllənin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərinin və qaydasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.5. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.6. həmin Məcəllənin 71-1.3-cü və 71-1.4-cü maddələrinə uyğun olaraq, elektron qaimə-fakturaların vahid formalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.7. həmin Məcəllənin 71-2.2-ci maddəsinə uyğun olaraq, elektron alış aktının formasını, tətbiqi, uçotu və istifadəsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.8. həmin Məcəllənin 194.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, aksiz markalarının hazırlanmasına dair sifariş verilməsi, onların satışı və uçotunun aparılması qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin birinci və ikinci cümlələrində, 16.8-ci maddəsində, 16.9-cu maddəsinin birinci cümləsində, 22-1.4-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 24.0.4-1-ci, 33.7-ci, 33.7.7-ci, 33.7.9-cu (hər üç halda), 71-1.3-cü, 71-1.4-cü, 71-2.2-ci, 76.1-1-ci (hər iki halda), 77.5-ci (hər üç halda), 77.6-cı (hər üç halda), 77.7.2-ci, 77.7.3-cü, 102.1.35-ci, 106.1.27-ci, 106.1.28-ci, 164.1.48-ci (hər iki halda), 164.1.49-cu maddələrində, 165.6-cı maddəsinin birinci cümləsində, 175.9-cu maddəsində, 194.1-ci maddəsinin ikinci cümləsində (hər iki halda), 199.16-cı (hər üç halda), 207.7-ci (hər üç halda) və 218-1.1.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Məcəllənin 77.5-ci (üçüncü halda), 77.6-cı (üçüncü halda), 164.1.48-ci (birinci halda) maddələrində, 165.6-cı maddəsinin birinci cümləsində, 199.16-cı (ikinci halda) və 207.7-ci (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

2.3. həmin Məcəllənin 22-1.4-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə vəsaitin bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin işçilərinə münasibətdə) nəzərdə tutulur;

2.4. həmin Məcəllənin 22-1.4-cü maddəsinin birinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;

2.5. həmin Məcəllənin 22-1.4-cü maddəsinin birinci cümləsində “orqanların (qurumların) maddi-texniki bazası” dedikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maddi-texniki bazaları nəzərdə tutulur;

2.6. həmin Məcəllənin 22-1.4-cü maddəsinin birinci cümləsində “orqanların (qurumların) işçiləri” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçiləri nəzərdə tutulur;

2.7. həmin Məcəllənin 13.2.82-ci maddəsinin birinci cümləsində, 71-1.3-cü, 71-1.4-cü, 71-2.2-ci, 77.5-ci (birinci halda), 77.6-cı (birinci halda), 77.7.2-ci, 77.7.3-cü, 102.1.35-ci, 106.1.27-ci, 175.9-cu maddələrində, 194.1-ci maddəsinin ikinci cümləsində (ikinci halda) və 218-1.1.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.8. həmin Məcəllənin 13.2.82-ci maddəsinin ikinci cümləsində, 16.8-ci maddəsində, 16.9-cu maddəsinin birinci cümləsində, 24.0.4-1-ci, 33.7-ci, 33.7.7-ci, 33.7.9-cu (birinci halda), 76.1-1-ci (hər iki halda), 77.5-ci (ikinci halda), 77.6-cı (ikinci halda) maddələrində, 194.1-ci maddəsinin ikinci cümləsində (birinci halda), 199.16-cı (üçüncü halda) və 207.7-ci (üçüncü halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

2.9. həmin Məcəllənin 33.7.9-cu (ikinci və üçüncü hallarda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;

2.10. həmin Məcəllənin 106.1.28-ci və 164.1.49-cu maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi nəzərdə tutulur;

2.11. həmin Məcəllənin 164.1.48-ci maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur:

2.11.1. icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərə münasibətdə – həmin publik hüquqi şəxsin tabe olduğu orqan (qurum);

2.11.2. digər publik hüquqi şəxslərə münasibətdə – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

2.12. həmin Məcəllənin 199.16-cı (birinci halda) və 207.7-ci (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatı və “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur;

2.13. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinin ikinci abzasında və 2.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.14. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinin ikinci abzasında və 2.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

2.15. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.5-ci maddəsinə uyğun olaraq, hər bir nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilən məbləği 350 manatdır.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

3.1. aşağıdakı normativ hüquqi aktları üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

3.1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.8-ci maddəsinə uyğun olaraq, bina tikintisi ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bir bina üzrə verilməli məlumatın formasını;

3.1.2. həmin Məcəllənin 16.9-cu maddəsinin birinci cümləsinə uyğun olaraq, transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasının rezidenti olan müəssisənin hesabatı vergi orqanına təqdim etməsi müddətini, formasını və qaydasını;

3.1.3. həmin Məcəllənin 24.0.4-1-ci maddəsinə uyğun olaraq üzləşmə aktının formasını;

3.1.4. həmin Məcəllənin 76.1-1-ci maddəsinə uyğun olaraq məlumatın formasını;

3.2. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 dekabr tarixli 762 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1236) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.9-cu, 106.1.10-cu və 122.3-cü maddələrində nəzərdə tutulmuş vergi azadolmaları hallarının müəyyən edilməsi Qaydaları”nın 2.2-ci bəndində “aktivlərin verilməsi səlahiyyəti onun Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş Nizamnaməsində nəzərdə tutulan” sözləri “Azərbaycan Respublikası Prezidentinin aktivlərin verilməsi səlahiyyətini həvalə etdiyi” sözləri ilə əvəz edilsin.

5. “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1256; 2017, № 1, maddə 48, № 6, maddə 1073, № 10, maddə 1787) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.3-cü bənddə “vergi hesab fakturasının” sözləri “qaimə-fakturanın” sözləri ilə əvəz edilsin;

5.2. həmin Fərmanla təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” üzrə:

5.2.1. 1.4-cü bənddə “vergi-hesab fakturası” sözləri “qaimə-faktura” sözləri ilə əvəz edilsin;

5.2.2. 2.0.3-cü yarımbənddə “vergi-hesab fakturalarının (bundan sonra – e-VHF)” sözləri “qaimə-fakturaların” sözləri ilə, “e-VHF-lər” sözləri “elektron qaimə-fakturalar” sözləri ilə əvəz edilsin;

5.2.3. 3.8-ci bənddə, 5.2-ci bənddə, 5.2.1-ci, 5.2.7-ci yarımbəndlərdə, 5.4-cü bəndin birinci cümləsində (hər iki halda), 5.5-ci bənddə, 6.1.1-ci, 6.1.2-ci yarımbəndlərdə, 6.1.3-cü yarımbəndin üçüncü cümləsində (hər iki halda) və 6.1.4-cü yarımbənddə, 6.2-ci bəndin birinci, üçüncü və dördüncü (hər iki halda) cümlələrində, 6.4-cü, 6.5-ci bəndlərdə ismin müvafiq hallarında “e-VHF” sözləri ismin müvafiq hallarında “elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin;

5.2.4. 4.2.2-ci yarımbəndin 1-ci abzasında “e-VHF-nin” sözləri “elektron qaimə-fakturanın” sözləri ilə, “e-VHF-lər” sözləri “elektron qaimə-fakturalar” sözləri ilə, 2-ci abzasında (hər iki halda) “e-VHF-nin” sözləri “elektron qaimə-fakturanın” sözləri ilə əvəz edilsin;

5.2.5. 5.2-ci bənddə “vergi-hesab faktura” sözləri “qaimə-faktura” sözləri ilə əvəz edilsin;

5.2.6. 5.3-cü bəndin birinci, ikinci və üçüncü cümlələrində ismin müvafiq hallarında “E-VHF” sözləri ismin müvafiq hallarında “Elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin və həmin bəndin üçüncü cümləsindən “, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 176.2-1-ci maddəsinə əsasən,” sözləri çıxarılsın;

5.2.7. 6.3-cü bənddə “E-VHF-nin” sözləri “Elektron qaimə-fakturanın” sözləri ilə əvəz edilsin;

5.2.8. 6.6-cı bənddə “e-VHF-lər” sözləri “elektron qaimə-fakturalar” sözləri ilə əvəz edilsin.

6. “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 20 fevral tarixli 1252 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 196, № 4, maddə 549, № 6, maddə 1074) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 2.3-cü bənddə “vergi hesab-fakturasının” sözləri “qaimə-fakturanın” sözləri ilə əvəz edilsin;

6.2. həmin Fərmanla təsdiq edilmiş “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” üzrə:

6.2.1. 1.4-cü bənddə “vergi hesab-fakturası” sözləri “qaimə-faktura” sözləri ilə əvəz edilsin;

6.2.2. 2.0.4-cü yarımbənddə “vergi hesab-fakturalarının (bundan sonra – e-VHF)” sözləri “qaimə-fakturaların” sözləri ilə, “e-VHF-lər” sözləri “elektron qaimə-fakturalar” sözləri ilə əvəz edilsin;

6.2.3. 3-cü hissədə, 4.1-ci, 6.9-cu, 6.10-cu və 6.11-ci bəndlərdə “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin;

6.2.4. 4.2.2-ci yarımbəndin 1-ci abzasında “e-VHF-nin” sözləri “elektron qaimə-fakturanın” sözləri ilə, “e-VHF-lər” sözləri “elektron qaimə-fakturalar” sözləri ilə, 2-ci abzasında (hər iki halda) “e-VHF-nin” sözləri “elektron qaimə-fakturanın” sözləri ilə əvəz edilsin;

6.2.5. 5.3-cü bənddə “e-VHF-ni” sözləri “qaimə-fakturanı” sözləri ilə və “Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında elektron vergi hesab-faktura” sözləri “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin;

6.2.6. 5.3.1-ci, 5.3.7-ci yarımbəndlərdə, 5.6-cı bənddə, 6.1.1-ci, 6.1.2-ci yarımbəndlərdə, 6.1.3-cü yarımbəndin üçüncü cümləsində (hər iki halda), 6.1.4-cü yarımbənddə, 6.2-ci bəndin birinci, üçüncü və dördüncü (hər iki halda) cümlələrində, 6.4-cü, 6.5-ci bəndlərdə və 6.12-ci bəndin birinci cümləsində (hər iki halda) ismin müvafiq hallarında “e-VHF” sözləri ismin müvafiq hallarında “elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin;

6.2.7. 5.4-cü bəndin birinci, ikinci və üçüncü cümlələrində və 6.3-cü bənddə ismin müvafiq hallarında “E-VHF” sözləri ismin müvafiq hallarında “Elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin;

6.2.8. 5.5-ci bəndin birinci cümləsində “e-VHF-nin” sözləri “elektron qaimə-fakturanın” sözləri ilə, “vergi hesab-fakturası” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin;

6.2.9. 6.6-cı bənddə “e-VHF-lər” sözləri “elektron qaimə-fakturalar” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 555) ilə təsdiq edilmiş “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

7.1. 3.1.1-ci yarımbənddə “qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir” sözləri “elektron qaimə-fakturanı malgöndərən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür” sözləri ilə əvəz edilsin;

7.2. 3.1.2-ci yarımbənddə “qaimə-faktura və ya elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturasının da verilməsi tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir” sözləri “elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür” sözləri ilə əvəz edilsin;

7.3. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.2. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı” və malların alışı tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı“ tərtib edilmir. “Malların alış aktı”nda (“Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.”;

7.4. 3.3-cü bəndin birinci və ikinci (hər iki halda) cümlələrində “vəkalətnamə (etibarnamə)” sözləri “malların alınması üçün vəkalətnamə” sözləri ilə, həmin bəndin ikinci cümləsində “qaimə-fakturanı və ya elektron qaimə-fakturanı, yaxud elektron vergi hesab-fakturasını və ya “Malların alış aktı”nı təhtəlhesab şəxsə təqdim edir” sözləri “elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür” sözləri ilə əvəz edilsin;

7.5. 3.4-cü bəndin birinci cümləsində “sənəd və malların anbara təhvil verilməsi ilə bağlı tərtib olunan “Malların təhvil-qəbul aktı” ilə” sözləri “sənədlə” sözü ilə əvəz edilsin;

7.6. 3.5-ci bəndin birinci və ikinci cümlələrində “sənədləşdirilir” sözü “sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır” sözləri ilə əvəz edilsin;

7.7. aşağıdakı məzmunda 3.10 – 3.14-cü bəndlər əlavə edilsin:

“3.10. Bu Qaydanın 3.1.1-ci, 3.1.2-ci yarımbəndləri və 3.2-ci bəndi ilə müəyyən edilmiş qaydada malların anbara təhvil verilməsi zamanı hər hansı uyğunsuzluq (əskik gəlmə, keyfiyyətin aşağı olması, xarab və ya zay olma və s.) aşkar edildikdə “Malların təhvil-qəbul aktı” tərtib olunur.

3.11. Vergi ödəyicisi kimi qeydiyyatda olan, lakin elektron kabineti olmayan alıcıya “Elektron qaimə-faktura” ştrix-kod əks olunmaqla çap edilir və mal (iş, xidmət) hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə təsdiqlənməklə təqdim edilir.

3.12. Vergi ödəyiciləri tərəfindən mallar təqdim edilərkən malların təhvil verilməsi üçün maddi-məsul şəxslərin imzası ilə “Elektron qaimə-faktura”nın çap edilmiş forması ilkin uçot sənədi kimi tərtib edilə bilər.

3.13. Vergi ödəyicisi əvvəlcədən sifariş edilməyən malların satışını həyata keçirdikdə həmin mallar digər vergi ödəyicisinə “Malların təhvil-qəbul aktı” üzrə təqdim edilir və həmin mallar üzrə “Elektron qaimə-faktura” bu Qaydaya uyğun olaraq göndərilir.

3.14. İctimai iaşə sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri digər şəxslərdən məsuliyyətli mühafizə (saxlanma) və ya qida (yeyinti) məhsullarının hazırlanması (bişirilməsi) üçün qəbul edilmiş məhsulları “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirir və həmin sənədlərdə göstərilən qiymətlərlə uçota alırlar. Malların qəbul edilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanır.”;

7.8. 4.4-cü və 4.6-cı bəndlərdə “qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin;

7.9. 7-ci hissənin mətni aşağıdakı redaksiyada verilsin:

“Bu Qaydada nəzərdə tutulan “Elektron qaimə-faktura”, “Malların elektron alış aktı”, “Yük avtonəqliyyatı üçün yol vərəqi” və “Malların alınması üçün vəkalətnamə” istisna olmaqla, “Malların təhvil-qəbul aktı”, “Malların alış aktı”, “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların qaytarılması aktı’’, “Alış sifarişi’’, “Malların anbardan mətbəxə buraxılışı qaimə-fakturası", “Malların mətbəxdən anbara qaytarılmasi aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” və “Satışın nəticələrinə görə malların (məhsulların) silinməsi barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir. “Yük avtonəqliyyatı üçün yol vərəqi” və “Malların alınması üçün vəkalətnamə” ciddi hesabat blanklarıdır, onların forma və rekvizitlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir.”;

7.10. həmin Fərmanla təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” üzrə:

7.10.1. 1.3.1-ci yarımbənddə “qaimə-faktura, yaxud elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin;

7.10.2. 3.1.1-ci yarımbənddə “qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir” sözləri “elektron qaimə-fakturanı malgöndərən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür” sözləri ilə əvəz edilsin;

7.10.3. 3.1.2-ci yarımbənddə “qaimə-faktura və ya elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturasının da verilməsi tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir” sözləri “elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron sistem vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür” sözləri ilə əvəz edilsin;

7.10.4. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.2. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı” və malların alışı tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı“ tərtib edilmir. “Malların alış aktı”nda (“Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.”;

7.10.5. 3.3-cü bəndin birinci və ikinci (hər iki halda) cümlələrində “vəkalətnamə (etibarnamə)” sözləri “malların alınması üçün vəkalətnamə” sözləri ilə, həmin bəndin ikinci cümləsində “qaimə-fakturanı və ya elektron qaimə-fakturanı, yaxud elektron vergi hesab-fakturasını və ya “Malların alış aktı”nı təhtəlhesab şəxsə təqdim edir” sözləri “elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür” sözləri ilə əvəz edilsin;

7.10.6. 3.4-cü bəndin birinci cümləsində “sənəd və malların anbara təhvil verilməsi ilə bağlı tərtib olunan “Malların təhvil-qəbul aktı” ilə” sözləri “sənədlə” sözü ilə əvəz edilsin;

7.10.7. 3.5-ci bəndin birinci və ikinci cümlələrində “sənədləşdirilir” sözü “sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır” sözləri ilə əvəz edilsin;

7.10.8. aşağıdakı məzmunda 3.13 – 3.17-ci bəndlər əlavə edilsin:

“3.13. Bu Qaydanın 3.1.1-ci, 3.1.2-ci yarımbəndləri və 3.2-ci bəndi ilə müəyyən edilmiş qaydada malların anbara təhvil verilməsi zamanı hər hansı uyğunsuzluq (əskik gəlmə, keyfiyyətin aşağı olması, xarab və ya zay olma və s.) aşkar edildikdə, “Malların təhvil-qəbul aktı” tərtib olunur.

3.14. Vergi ödəyicisi kimi qeydiyyatda olan, lakin elektron kabineti olmayan alıcıya “Elektron qaimə-faktura” ştrix-kod əks olunmaqla çap edilir və mal (iş, xidmət) hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə (möhür olduqda möhürlə) təsdiqlənməklə təqdim edilir.

3.15. Vergi ödəyiciləri tərəfindən mallar təqdim edilərkən malların təhvil verilməsi üçün maddi-məsul şəxslərin imzası ilə “Elektron qaimə-faktura”nın çap edilmiş forması ilkin uçot sənədi kimi tərtib edilə bilər.

3.16. Vergi ödəyicisi əvvəlcədən sifariş edilməyən malların satışını həyata keçirdikdə həmin mallar digər vergi ödəyicisinə “Malların təhvil-qəbul aktı” üzrə təqdim edilir və həmin mallar üzrə “Elektron qaimə-faktura” bu Qaydaya uyğun olaraq göndərilir.

3.17. Pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri digər şəxslərdən komissiyaya və ya məsuliyyətli mühafizəyə qəbul edilmiş malları “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirirlər və həmin sənədlərdə göstərilən qiymətlərlə uçota alırlar. Malların qəbul edilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanır.”;

7.10.9. 4.1-ci bəndin ikinci və üçüncü cümlələrində müvafiq olaraq “qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası” və “qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin;

7.10.10. 7-ci hissənin mətni aşağıdakı redaksiyada verilsin:

“Bu Qaydada nəzərdə tutulan “Elektron qaimə-faktura”, “Malların elektron alış aktı”, “Yük avtonəqliyyatı üçün yol vərəqi” və “Malların alınması üçün vəkalətnamə” istisna olmaqla, “Malların təhvil-qəbul aktı”, “Malların alış aktı”, “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların qaytarılması aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir. “Yük avtonəqliyyatı üçün yol vərəqi” və “Malların alınması üçün vəkalətnamə” ciddi hesabat blanklarıdır və onların forma və rekvizitlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir.”.

8. “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1358 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 762, № 11, maddə 2023, № 12 (I kitab), maddə 2343; 2018, № 6, maddə 1235, № 9, maddə 1842, № 12 (I kitab), maddələr 2555, 2603; 2019, № 1, maddə 95, № 3, maddə 435, № 4, maddə 645, № 6, maddələr 1038, 1044, № 8, maddələr 1396, 1404; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 2 iyul tarixli 766 nömrəli, 12 noyabr tarixli 851 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 2.20-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.21-ci və 2.22-ci bəndlər əlavə edilsin:

“2.21. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-9.2-ci maddəsinə uyğun olaraq həmin Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən tətbiq olunan maliyyə sanksiyalarının 50 faizi aşağıdakı kimi bölüşdürülür:

2.21.1. 5 faiz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hesabına köçürülür;

2.21.2. 22,5 faiz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülür;

2.21.3. 22,5 faiz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Agentliyin hesabına köçürülür;

2.22. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-9.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləğinin 30 faizi aşağıdakı kimi bölüşdürülür:

2.22.1. 5 faiz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hesabına köçürülür;

2.22.2. 12,5 faiz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülür;

2.22.3. 12,5 faiz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Agentliyin hesabına köçürülür.”;

8.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hesabına köçürülən vəsaitdən istifadə Qaydası” üzrə:

8.2.1. 2.1.20-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.1.21-ci yarımbənd əlavə edilsin:

“2.1.21. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-9.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən tətbiq olunan və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyası, habelə sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləği.”;

8.3. həmin Qaydaya Əlavənin “Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xüsusi xəzinə hesabına köçürülən vəsait barədə məlumat” cədvəlinə aşağıdakı məzmunda 21-ci hissə əlavə edilsin:

1.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-9.2-ci maddəsinə əsasən həmin Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyası və sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləği

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1076) ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

9.1. 1.3.1-ci yarımbənddə “qaimə faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin;

9.2. 3.1.1-ci yarımbənddə “qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir” sözləri “elektron qaimə-fakturanı malgöndərən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür” sözləri ilə əvəz edilsin;

9.3. 3.1.2-ci yarımbənddə “qaimə-faktura və ya elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturasının da verilməsi tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir” sözləri “elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron sistem vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür” sözləri ilə əvəz edilsin;

9.4. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.2. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı” və malların alışı tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. “Malların alış aktı”nda (“Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.”;

9.5. 3.3-cü bəndin birinci və ikinci (hər iki halda) cümlələrində “vəkalətnamə (etibarnamə)” sözləri “Malların alınması üçün vəkalətnamə” sözləri ilə, həmin bəndin ikinci cümləsində “qaimə-fakturanı və ya elektron qaimə-fakturanı, yaxud elektron vergi hesab-fakturasını təhtəlhesab şəxsə təqdim edir” sözləri “elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür” sözləri ilə əvəz edilsin;

9.6. 3.4-cü bəndin birinci cümləsində “sənəd və malların anbara təhvil verilməsi ilə bağlı tərtib olunan “Malların təhvil-qəbul aktı” ilə” sözləri “sənədlə” sözü ilə əvəz edilsin;

9.7. 3.5-ci bəndin birinci və ikinci cümlələrində “sənədləşdirilir” sözü “sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır” sözləri ilə əvəz edilsin;

9.8. aşağıdakı məzmunda 3.13 – 3.16-cı bəndlər əlavə edilsin:

“3.13. Bu Qaydanın 3.1.1-ci, 3.1.2-ci yarımbəndləri və 3.2-ci bəndi ilə müəyyən edilmiş qaydada malların anbara təhvil verilməsi zamanı hər hansı uyğunsuzluq (əskik gəlmə, keyfiyyətin aşağı olması, xarab və ya zay olma və s.) aşkar edildikdə “Malların təhvil-qəbul aktı” tərtib olunur.

3.14. Vergi ödəyicisi kimi qeydiyyatda olan, lakin elektron kabineti olmayan alıcıya “Elektron qaimə-faktura” ştrix-kod əks olunmaqla çap edilir və mal (iş, xidmət) hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə (möhür olduqda möhürlə) təsdiqlənməklə təqdim edilir.

3.15. Vergi ödəyiciləri tərəfindən mallar təqdim edilərkən malların təhvil verilməsi üçün maddi-məsul şəxslərin imzası ilə “Elektron qaimə-faktura”nın çap edilmiş forması ilkin uçot sənədi kimi tərtib edilə bilər.

3.16. Vergi ödəyicisi əvvəlcədən sifariş edilməyən malların satışını həyata keçirdikdə həmin mallar digər vergi ödəyicisinə “Malların təhvil-qəbul aktı” üzrə təqdim edilir və həmin mallar üzrə “Elektron qaimə-faktura” bu Qaydaya uyğun olaraq göndərilir.”;

9.9. 4.1-ci bəndin birinci və ikinci cümlələrində “qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura” sözləri və “qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin;

9.10. 4.2-ci bənd ləğv edilsin;

9.11. 7-ci hissənin mətni aşağıdakı redaksiyada verilsin:

“Bu Qaydada nəzərdə tutulan “Elektron qaimə-faktura”, “Malların elektron alış aktı”, “Yük avtonəqliyyatı üçün yol vərəqi” və "Malların alınması üçün vəkalətnamə” istisna olmaqla, “Malların təhvil-qəbul aktı”, “Malların alış aktı”, “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların qaytarılması aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir. “Yük avtonəqliyyatı üçün yol vərəqi” və “Malların alınması üçün vəkalətnamə” ciddi hesabat blanklarıdır, onların forma və rekvizitlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir.”;

9.12. həmin Fərmanla təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” üzrə:

9.12.1. 3.1.1-ci yarımbənddə “qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə sənədləşdirilir” sözləri “elektron qaimə-fakturanı malgöndərən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür” sözləri ilə əvəz edilsin;

9.12.2. 3.1.2-ci yarımbənddə “qaimə-faktura və ya elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturasının da verilməsi tələb edilir və belə malların anbara təhvil verilməsi “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə sənədləşdirilir” sözləri “elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron sistem vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür” sözləri ilə əvəz edilsin;

9.12.3. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.2. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “İstehsal ehtiyatlarının alış aktı” və malların alış tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. “İstehsal ehtiyatlarının alış aktı”nda (“Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.”;

9.12.4. 3.3-cü bəndin birinci və ikinci (hər iki halda) cümlələrində “vəkalətnamə (etibarnamə)” sözləri “Malların alınması üçün vəkalətnamə” sözləri ilə, həmin bəndin ikinci cümləsində “qaimə-fakturanı və ya elektron qaimə-fakturanı, yaxud elektron vergi hesab-fakturasını təhtəlhesab şəxsə təqdim edir” sözləri “elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür” sözləri ilə əvəz edilsin;

9.12.5. 3.4-cü bəndin birinci cümləsində “sənəd və istehsal ehtiyatlarının anbara və ya istehsal sahələrinə təhvil verilməsi ilə bağlı tərtib olunan “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə” sözləri “sənədlə” sözü ilə əvəz edilsin;

9.12.6. 3.5-ci bənddə hər iki halda “sənədləşdirilir” sözü “sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır” sözləri ilə əvəz edilsin;

9.12.7. aşağıdakı məzmunda 3.8 – 3.12-ci bəndlər əlavə edilsin:

“3.8. Bu Qaydanın 3.1.1-ci, 3.1.2-ci yarımbəndləri və 3.2-ci bəndi ilə müəyyən edilmiş qaydada malların anbara təhvil verilməsi zamanı hər hansı uyğunsuzluq aşkar edildikdə “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” tərtib olunur.

3.9. Vergi ödəyicisi kimi qeydiyyatda olan, lakin elektron kabineti olmayan alıcıya “Elektron qaimə-faktura” ştrix-kod əks olunmaqla çap edilir və mal (iş, xidmət) hüquqi şəxs olan vergi ödəyicisinin imzası və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə (möhür olduqda möhürlə) təsdiqlənməklə təqdim edilir.

3.10. Vergi ödəyiciləri tərəfindən mallar təqdim edilərkən işgüzar adətlərdən irəli gələrək malların təhvil verilməsi üçün maddi-məsul şəxslərin imzası ilə “Elektron qaimə-faktura”nın çap edilmiş forması ilkin uçot sənədi kimi tərtib edilə bilər.

3.11. Vergi ödəyicisi əvvəlcədən sifariş edilməyən malların satışını həyata keçirdikdə həmin mallar digər vergi ödəyicisinə “Malların təhvil-qəbul aktı” üzrə təqdim edilir və həmin mallar üzrə “Elektron qaimə-faktura” bu Qaydaya uyğun olaraq göndərilir.

3.12. İstehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri digər şəxslərdən məsuliyyətli mühafizə (saxlanma) və ya emal üçün qəbul edilmiş mal və materialları “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirir və həmin sənədlərdə göstərilən qiymətlərlə uçota alırlar. Malların qəbul edilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanır.”;

9.12.8. 6.1-ci bənddən “qaimə-faktura və ya” sözləri çıxarılsın;

9.12.9. 6.2-ci bənddə “qaimə-faktura və ya elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturası da” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin;

9.12.10. 6.3-cü bəndin birinci və ikinci (hər iki halda) cümlələrində “vəkalətnamə (etibarnamə)” sözləri “Malların alınması üçün vəkalətnamə” sözləri ilə, həmin bəndin ikinci cümləsində “qaimə-fakturanı və ya elektron qaimə-fakturanı, yaxud elektron vergi hesab-fakturasını” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin;”;

9.12.11. 9-cu hissənin mətni aşağıdakı redaksiyada verilsin:

“Bu Qaydada nəzərdə tutulan “Elektron qaimə-faktura”, “İstehsal ehtiyatlarının elektron alış aktı”, “Malların alınması üçün vəkalətnamə” və “Yük avtonəqliyyatı üçün yol vərəqi” istisna olmaqla, “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının alış aktı”, “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Alış sifarişi”, “Hazır məhsulların təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”, “İstehsal ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası”, “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası”, “Zay məhsullara dair akt”, “Zay məhsulların təhvil-qəbul aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir. “Yük avtonəqliyyatı üçün yol vərəqi” və “Malların alınması üçün vəkalətnamə” ciddi hesabat blanklarıdır, onların forma və rekvizitlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir.”.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

11. Bu Fərman 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2019-cu il.

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb