5 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Elektron qaimə-fakturaların tətbiqində xüsusi tələblər

Elektron qaimə-fakturaların tətbiqində xüsusi tələblər

Vergi Məcəlləsində son illər edilmiş vacib dəyişikliklərdən biri elektron qaimə-fakturaların tətbiqi ilə bağlıdır. Praktikada elektron qaimə-fakturaların təqdim edilməsi ilə bağlı mütəxəssislər, vergi ödəyiciləri arasında müəyyən fikir ayrılıqları olur: Alınmış avans məbləğlərinə görə elektron qaimə-faktura verilməlidirmi?; Elektron qaimə-faktura malların, işlərin və xidmətlərin təqdim edilməsidirmi?; Elektron qaimə-faktura verildikdən sonra başqa bir sənəd tələb olunurmu? Sualları sərbəst auditor Altay Cəfərov şərh edir.

Vergi Məcəlləsinin elektron qaimə-fakturaları əhatə edən 71-1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur.

Maddəyə diqqətlə nəzər yetirsək, malları, işləri və xidmətləri təqdim edən şəxsin alıcıya elektron qaimə-faktura verməli olduğunu görürük. Cümlədə "... təqdim edən şəxs..." ifadəsinin üzərində dayanmalıyıq. Belə aydın olur ki, malları, işləri və xidmətləri qarşı tərəfə təqdim etməmişdən əvvəl də həmin vergi ödəyicisi təqdim edən şəxs kimi qiymətləndirilir. Yəni tərəflər arasında bağlanmış müqaviləyə və digər razılaşmaya əsasən, vergi ödəyicisi mallara, işlərə və xidmətlərə görə əvvəlcədən vəsait alsa da, razılaşmaya görə həmin şəxs təqdim edən şəxs kimi qiymətləndirilir. Belə olanda, avans alınmış məbləğə görə elektron qaimə-fakturanın verilməsi gündəmə gəlir. Amma məsələyə bir az da dərindən yanaşmalıyıq: Məcəllənin 71-1.-ci maddəsinin tələblərinə görə, Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarxili 89 saylı "Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında qərarı qüvvəyə minmişdir və qaydaların 3.3-cü maddəsində yazılır ki, vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir.

Maddədən tam aydın olur ki, elektron qaimə-faktura alıcıya mallar, işlər və xidmətlər təhvil verilən zaman verilir. Yəni avans məbləğlərə görə elektron qaimə-faktura verilmir.
Həmin qaydaların daha iki maddəsinə nəzər yetirək.

Maddə 1.3. Bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir.

Maddə 2.6. Elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın "Əsas" rekvizitində öz əksini tapır.

2.6-cı maddənin tələblərinə görə elektron qaimə-fakturanın doldurulmasına əsas kimi müəyyən sənədlər olmalıdır. Bu sənədlərə təhvil-təslim aktları, eləcə də malların təhvil-təslim aktları daxildir. Belə çıxır ki, elektron qaimə-fakturalar birbaşa malların, işlərin və xidmətlərin təhvil-təslim sənədi sayılmır və birbaşa ilkin sənəd sayılmır. Yəni əvvəl qeyd etdiyimiz sənədlər olmalıdır ki, eyni zamanda vergi uçotu məqsədləri üçün elektron qaimə-faktura qarşı tərəfə verilsin.

Bundan əlavə,1.3.-cü maddənin tələblərinə görə isə həmçinin qaydalara uyğun tərtib edilmiş elektron qaimə-faktura malların, işlərin və xidmətlərin təqdim edilməsinin rəsmiləşdirildiyini təsdiq edir. Son olaraq aşağıdakı nəticələrə gəlmək olar:

  • Əgər elektron qaimə-fakturaya kimi qaydalara uyğun təhvil-təslim sənədləri vardırsa, həmin sənədlər malların, işlərin və xidmətlərin təhvil-təslimini təsdiq edən sənədlərdir.

  • Bu sənədlər olmadan yalnız elektron qaimə-faktura üzrə rəsmiləşdirilmə aparılmişdırsa, onda malların, işlərin və xidmətlərin təhvil-təsmini təsdiq edən sənəd elektron qaimə-faktura sayılır.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması