1 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İş vaxtının cəmlənmiş uçotu

Əmək Məcəlləsində işəgötürənlər üçün qaranlıq qalan məsələlərdən biri iş vaxtının cəmlənmiş uçotu anlayışıdır. Bu anlayışla bağlı maraq doğuran məsələləri sərbəst auditor Altay Cəfərov şərh edir.

İş vaxtının cəmlənmiş uçotu Vergi Məcəlləsinin 96-cı maddəsində göstərilir. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir.

Hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qeydiyyat dövrü bir ildən artıq və gündəlik 12 saatdan çox ola bilməz. Bütün hallarda cəmlənmiş uçot 5 günlük iş həftəsi üzrə müəyyənləşdirilmiş hesablamalarla aparılmalıdır.

Birinci tələb gündəlik 8 saatdan, ikinci tələb isə həftəlik 40 saatdan çox ola bilməz. Xüsusi hallarda gündəlik iş vaxtının müddəti 1 ,2 3, 4 saat artırılır, amma həftəlik 40 saat norma nəzərə alınmalıdır. Məsələn, 2019-cu ildə beşgünlük iş həftəsində 242 iş günü vardır. Qanunvericiliyə uyğun olaraq 2019-cu il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1926 saat təşkil edir (232x8 + 10x7 = 1926 saat).

Hər bir vergi ödəyicisi öz istehsalat xüsusiyyətlərinə uyğun olaraq iş rejimini müəyyənləşdirir. Məsələn, 5 günlük, 6 günlük və digər formalı iş rejimləri seçilə bilər. İş vaxtının digər tələblərindən biri budur ki, işəgötürənin hansı iş rejimini tətbiq etməsindən asılı olmayaraq, işçilərin işə davamiyyəti üzrə birgünlük, həftəlik, aylıq və illik iş vaxtının normaları 5 günlük müəyyənləşdirilmiş iş vaxtının normalarından çox olmamalıdır.

Son olaraq iş vaxtının cəmlənmiş uçotu - işçinin müəyyən dövr üçün işə davamiyyətinin uçotunun aparılması kimi qiymətləndirilir.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi?