11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergilər Nazirliyinin ikitərəfli SMS xidmətindən istifadə imkanları

Vergilər Nazirliyi vergi ödəyicilərinin məlumatlandırılması və vergi qanunvericiliyinə könüllü əməletmə səviyyəsinin yüksəldilməsi məqsədilə tətbiq etdiyi elektron xidmətlərdən biri də "İkitərəfli SMS xidməti"dir. Bu xidmətin məqsədi vergi ödəyicilərinin vergi öhdəliklərini vaxtında bilməsinə, o cümlədən elektron kabinetlərinə göndərilən məktublarla tanış olmasına kömək etməkdir. İnformasiyanı vaxtında əldə edən vergi ödəyicisi bəyannamələrini vaxtında təqdim etmək, maliyə sanksiyalarına məruz qalmamaq, öz vergi öhdəliklərinə mütəmadi nəzarət etmək imkanına malik olur.

"İkitərəfli SMS xidməti"nə abunə olmuş vergi ödəyiciləri vergi öhdəlikləri və vergi orqanının qanuni tələbləri barədə 21 halda SMS vasitəsilə məlumatlandırılırlar. Bu hallara ödəyicinin təqdim edilməli bəyannamələrinin olması, yeni borcunun yaranması, bəyannamələri üzrə uyğunsuzluq aşkar edilməsi, əlavə vergi məbləği hesablanması, ƏDV qeydiyyatına alınması, İnternet Vergi İdarəsində olan elektron kabinetinə sənəd daxil olması, ödəyiciyə növbəti səyyar vergi yoxlaması təyin edilməsi və s. daxildir.

"İkitərəfli SMS xidməti"indən e-taxes.gov.az portalı və ya mobil telefon vasitəsilə qeydiyyatdan keçərək abunə olmaqla yararlanmaq olar. e-taxes.gov.az portalı vasitəsilə qeydiyyat və abunəlik üçün İnternet Vergi İdarəsi vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Bu zaman "Onlayn kargüzarlıq və e-VHF" bölməsinin "İkitərəfli SMS xidməti" altbölməsinə daxil olduqdan sonra açılan pəncərədə "Nömrənin qeydiyyatdan keçirilməsi" bölməsi seçilir. Açılan növbəti pəncərədə mobil nömrə daxil edilir. Daha sonra telefona göndərilən kod müvafiq pəncərəyə daxil edilərək təsdiq edildikdən sonra qeydiyyat yekunlaşır. İnternet Vergi İdarəsi vasitəsilə xidmətə abunə olmaq üçün isə "Onlayn kargüzarlıq və e-VHF" bölməsinin "İkitərəfli SMS xidməti" altbölməsinə daxil olduqdan sonra "Abunə ol" düyməsi seçilir və açılan pəncərəyə mobil nömrə daxil edilir. Telefona göndərilən kodun müvafiq pəncərəyə daxil edilməsi təsdiq edildikdən sonra abunəlik yekunlaşır.

Mobil telefon vasitəsilə qeydiyyat üçün *195* istifadəçi kodu*şifrə# yığaraq "YES" düyməsi sıxılmaqla nömrə qeydiyyatdan keçirilir. Xidmətə abunə olmaq üçün qeydiyyatdan keçirilmiş mobil telefon nömrəsindən START yazıb 8195 nömrəsinə SMS göndərilir. Bu xidmətdən bütün mobil operatorların abonentləri istifadə edə bilər. 8195 nömrəsinə göndərilmiş hər sorğuya görə nömrənin balansından 10 qəpik xidmət haqqı tutulur. Abunə olmuş vergi ödəyicilərinin nömrəsinin balansından isə ayda 1 manat 18 qəpik abunə haqqı tutulur.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?