6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sərnişin daşıyan qeyri-rezidentlərin vergi öhdəlikləri

Vergi Məcəlləsinin 209-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər yol vergisinin ödəyiciləridir. Yük daşınması ilə məşğul olan xarici vətəndaşların vergi yükü barədə ötən yazıda bəhs etmişdik. Bu dəfə sərnişin daşınması ilə üçün istifadə edilən avtonəqliyyat vasitələrinin sahibləri üçün verginin necə hesablandığını araşdırdıq.

Məsələyə aydınlıq gətirən mühasibat və vergi üzrə ekspert Ramin Ramazanov bildirib ki, sərnişin daşınması ilə məşğul olan qeyri-rezidentlər üçün yol vergisinin məbləği avtobusdakı oturacaq yerlərinin sayı və Azərbaycan Respublikasında qaldığı müddətdən asılı olaraq dəyişir. Bu məqamlar Vergi Məcəlləsinin 211.1.1.2-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, ölkəyə gələn avtobuslar üçün yol vergisinin məbləği belə hesablanır:

Ölkə ərazisində qaldığı müddət

Oturacaq yerlərinin sayı 12-dək olanda

Oturacaq yerlərinin sayı 13-dən 30-dək olanda

Oturacaq yerlərinin sayı 31 və çox olanda

1 gün üçün

15 dollar

20 dollar

25 dollar

1 həftəyədək

30 dollar

40 dollar

50 dollar

1 aya qədər

100 dollar

140 dollar

175 dollar

3 aya qədər

300 dollar

400 dollar

500 dollar

1 ilə qədər

1.050 dollar

1.400 dollar

1.750 dollar

1 ildən yuxarı

1.050 dollar + 1 ildən artıq qaldığı hər gün üçün 12 dollar

1.400 dollar + 1 ildən artıq qaldığı hər gün üçün 15 dollar

1.750 dollar + 1 ildən artıq qaldığı hər gün üçün 20 dollar

Ekspert qeyd edib ki, Azərbaycan Respublikasının ərazisinə daxil olan və bəyan edilmiş müddətdən artıq ölkə ərazisində qalan xarici dövlətlərin avtonəqliyyat vasitələri üçün Azərbaycan Respublikasının ərazisini tərk edən zaman ölkə ərazisində artıq qaldığı müddətdən asılı olaraq ödənilməli olan yol vergisinin yekun məbləği yuxarıda qeyd edilənlərə uyğun olaraq hesablanmış yol vergisinin məbləğindən ölkə ərazisinə daxil olarkən ödənilmiş yol vergisinin məbləği çıxılmaqla hesablanacaq.

Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında qüvvədə olan beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə əsasən kvotalar çərçivəsində mübadilə edilmiş "İcazə" blankları ilə Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici ölkələrin avtonəqliyyat vasitələri üçün yol vergisi ödəmələrində azadolmalar nəzərdə tutulduğu hallarda daxil olduqları andan 30 gün sonra ölkədə əlavə qaldıqları müddətdən asılı olaraq yol vergisinə cəlb edilirlər.

Vergi Məcəlləsinin 212.1-ci maddəsinə əsasən, xarici dövlətlərin avtonəqliyyat vasitələrindən bu Məcəllənin 211.1-ci maddəsində müəyyən edilmiş vergini həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman və bu Məcəllənin 211.1.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisini tərk edərkən yol vergisinə cəlb olunmalı hallarda gömrük orqanları tuturlar və bir bank günü ərzində dövlət büdcəsinə köçürürlər.

Fərqanə ALLAHVERDİQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?