29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı vergi öhdəliyi

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı vergi öhdəliyi

Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsinə əsasən, əmək qabiliyyətini müvəqqəti itirməsinə görə 14 gün üçün işəgötürənlər öz vəsaiti hesabına ödənc həyata keçirdiyi halda, həmin ödəncdən gəlir vergisini tutaraq, müvafiq qaydada muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsini vergi orqanına verməyə borcludurlar.

Vergilər Nazirliyinin açıqlamasına əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 14 gündən artıq olan günlər üçün ödənişlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirildiyindən, fond tərəfindən həmin ödənişlər üzrə gəlir vergisi hesablanmalı, hesablanmış vergi növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürülməli və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.

Göründüyü kimi, işçiyə xəstəlik vərəqəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə hər ay üzrə hesablanaraq ödənilən müavinətlər muzdla işləyən işçinin muzdlu işlə əlaqədar alınan aylıq gəlirinə aid edilməli və işçinin həmin aylardakı aylıq gəlirinin ümumi məbləğindən hər bir ay üzrə (əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə hesablanaraq ödənilən müavinətlər də daxil olmaqla) ayrılıqda Vergi Məcəlləsinin 101.1-ci maddəsində göstərilən cədvələ uyğun olaraq Vergi Məcəlləsinin 102-ci maddəsində güzəşt və azadolmalar nəzərə alınmaqla işəgötürən tərəfindən ödəmə mənbəyində gəlir vergisi hesablanaraq tutulmalı, müvafiq qaydada bəyan edilməklə növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürülməlidir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə əməkhaqqının hesablanması barədə daha ətraflı məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı əlavə məlumatı isə Vergilər Nazirliyinin (195-1) nömrəli Çağrı Mərkəzinə müraciət etməklə əldə edə bilərsiniz.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?