5 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan dövlət investisiya proqramı çərçivəsində 3 milyard manatdan çox xarici kreditlər cəlb edəcək

Azərbaycanda 2020-2023-cü illər üçün dövlət investisiya proqramının əsas istiqamətləri açıqlanıb. "APA-Economics"in verdiyi məlumata görə, 2020-ci ildə investisiyaların ümumi həcmi 4,9 mlrd. manat, 2021-ci ildə 3,6 mlrd. manat, 2022-ci və 2023-cü illərdə isə müvafiq olaraq 3,4 mlrd. manat və 4,9 mlrd. manat olacağı proqnozlaşdırılır. Sərmayələrin əsas hissəsinin infrastruktur layihələrinə yönələcəyi gözlənilir. Proqnozlara görə, bu sahədə 2020-ci ildə 3,7 mlrd. manat, 2021-ci ildə 2,5 mlrd. manat, 2022-ci ildə 2,3 mlrd. manat, 2023-cü ildə isə 3 mlrd. manat ayrılacağı gözlənilir.

Digər istiqamətləri nəzərə aldıqda, sosialyönümlü layihələrə kifayət qədər vəsait ayrılacağı proqnozlaşdırılır. Belə ki, sözügedən sahəyə 2020-ci ildə 0,8 mlrd. manat, 2021-ci ildə 0,6 mlrd. manat, 2022-ci ildə 0,6 mlrd. manat, 2023-cü ildə isə 0,8 mlrd. manat yönələcəyi planlaşdırılır. Planda olan müdafiə və hüquq-mühafizə orqanlarına yatırılacaq sərmayə yüksək prioritet kəsb edir. Gələn il sözügedən orqanlara 0,2 mlrd. manat sərmayə yatırılması gözlənilir. Bu rəqəmin 2021-ci ildə 0,13 mlrd. manata düşməsi, lakin 2022-2023-cü illərdə müvafiq olaraq 0,15 mlrd. və 0,18 mlrd. manata artırılacağı proqnozlaşdırır.

2020-ci ildə institusional layihələrə investisiya yatırımı nəzərdə tutulmayıb, 2021-2022-ci illərdə isə bu layihələrə hər il 0,2 mlrd. manat sərmayə qoyulacağı gözlənilir. Bu rəqəm 2023-cü ildə 0,4 mldr. manata çatacağı proqnozlaşdırılır.

Ümumiyyətlə, 2020-2023-cü illərdə dövlət investisiya proqramı çərçivəsində 17 mlrd. manata yaxın sərmayə cəlb olunacağı gözlənilir ki, bunun da təxminən 3,1 mlrd. manatı xarici kreditlər hesabına reallaşdırılacaq.

Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?