19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmək qabiliyyətinin itirilməsinə görə müavinətdən gəlir vergisinin hesablanması

Vergi Məcəlləsində əmək qabiliyyətinin itirilməsinə görə müavinətdən gəlir vergisi hesablanması zamanı hər hansı güzəşt nəzərdə tutulmayıb. 

Mövzunu şərh edən iqtisadçı ekspert Anar Bayramov bildirib ki, "Sosial Sığorta haqqında" Qanunun 15-ci maddəsinə əsasən, həm sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət, həm də məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri məcburi dövlət sosial sığorta haqqı hesablanmasından azaddır. "İşsizlikdən sığorta haqqında" Qanunda isə göstərilir ki, əmək qabiliyyətini müvəqqəti itirməyə görə ödənişlərə işsizlikdən sığorta haqqı hesablanmır.

Misal. Fərz edək ki, dövlət müəssisəsində işləyən və bir təqvim ayı ərzində əmək qabiliyyətli işçiyə 830 manat müavinət hesablanıb. Həmin müavinət məbləğinin 410 və 420 manatı müvafiq olaraq işəgötürən və DSMF tərəfindən ödəniləcək. İşəgötürən ilk 14 təqvim günlərinə düşən iş günlərinə görə hesablanan müavinətdən Vergi Məcəlləsinin 102.1.6-ci maddəsində güzəşt məbləği nəzərə almaqla 29,40 ((410-200)x14%) manat gəlir vergisi hesablayır.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?