14 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət başçısının Vergilər Nazirliyi qarşısında qoyduğu vəzifələr son dərəcə aktualdır

"Prezidentin yanında keçirilmiş son müşavirədə qeyd olunan mühüm istiqamətlərdən biri fiskal siyasət, vergi siyasəti ilə bağlı olan məsələləri əhatə edirdi. Müşavirədə dövlət başçısı vergi siyasətindəki islahatların bütövlükdə müsbət nəticə verməsi ilə bağlı fikirlərini bildirdi".

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı ekspert Elşad Məmmədov "Vergiler.az"a açıqlamasında bildirib ki, bu il büdcəyə 700 milyon manat əlavə daxilolmalar son illər ərzində vergi siyasətində aparılan islahatların nəticəsi kimi təqdim olunmalıdır: "Bütövlükdə milli iqtisadiyyatın ağarması istiqamətində Vergilər Nazirliyi xətti ilə həyata keçirilən tədbirlərin ciddi əhəmiyyəti qeyd edilməlidir. Hesab edirəm ki, həyata keçirilən islahatların ana xətti vergi bazasının genişlənməsidir. Bu, dünya təcrübəsində və aktual iqtisad elmində qəbul olunan tətbiqi metodikadır. Vergi ödəyicilərinin sayının artması, vergi bazasının genişlənməsi, milli iqtisadiyyatın "ağarması" hesabına, müəyyən stimullaşdırıcı tədbirlər nəticəsində daxilolmalar artıb".

E.Məmmədov qeyd edib ki, ilin əvvəlindən həyata keçirilən tədbirlər, fiziki şəxslərin gəlir vergisi ilə bağlı qərar, bütövlükdə vergi siyasətində güzəştlərin tətbiqi ilə bağlı olan siyasət artıq müsbət nəticələrini verir.

Dövlət başçısının yaxın perspektivdə Vergilər Nazirliyi və vergi sistemi qarşısında qoyduğu vəzifələr də son dərəcə aktualdır. Hazırkı mərhələdə vergi siyasəti ilə bağlı başlıca məqsəd biznes subyektlərinin əldə etdikləri maliyyə resurslarının iqtisadiyyata investisiyalar şəklində yerləşdirilməsi ilə bağlıdır: "Bunun üçün vergi islahatları ardıcıl şəkildə davam etdirilməlidir. Bu islahatların sonrakı mərhələlərdə ana xətti və fəlsəfəsi biznes subyektlərinin gəlirlərinin və mənfəətlərinin əməkhaqqı fonduna, digər müxtəlif yığım istiqamətlərinə deyil, investisiya şəklində real iqtisadiyyata istiqamətləndirilməsi olmalıdır. Çünki iqtisadiyyata isvestisiyalar çox lazımdır. Mənfəətin sahibkarlar tərəfindən daha çox investisiya şəklində biznesinin inkişafına, modernləşməsinə, texnoloji tutumlu istiqamətlərin inkişafına yönəldilməsinə şərait yaradılmasıdır".

E.Məmmədovun fikrincə, investisiyaların cəlb edilməsi ilə işgüzar fəallığın yüksəldilməsi, modernizasiyanın həyata keçirilməsi ilə əmək məhsuldarlığının artırılması və bütövlükdə iqtisadiyyatın daha yüksək texnoloji əsaslarla reallaşdırılması imkanlarının genişləndirilməsi kimi istiqamətlər diqqət mərkəzində olmalıdır.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?