31 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergilər nazirinin müavini Sahib Ələkbərov Hacıqabulda vətəndaşları qəbul edəcək

Vergilər nazirinin müavini Sahib Ələkbərov 24 oktyabr 2019-cu il tarixində Hacıqabul şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi, 15) Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 17-22 oktyabr 2019-cu il tarixlərində Şirvan şəhərində 5 saylı Ərazi Vergilər İdarəsinə, habelə Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin "195-1" Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?