10 İyun 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Prezident İlham Əliyev: "Vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır"

"Keçən il prezident seçkilərindən sonra mənim andiçmə mərasimindəki çıxışımda demək olar ki, bütün əsas istiqamətlər üzrə hədəflər müəyyənləşdirilibdir. O çıxış proqram xarakterli çıxış idi. O çıxışdan sonra biz əməli addımlara başladıq, islahatları dərinləşdirdik. Vergi və gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla bağlı addımlar öz səmərəsini verməkdədir. Gömrük və vergi orqanları doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər. Bu, bir daha onu göstərir ki, bizim nə qədər böyük ehtiyatlarımız var". AZƏRTAC xəbər verir ki, bu sözləri dövlətimizin başçısı İlham ƏIiyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, bu gün də hələ bir çox şirkətlər vergiləri tam ödəmirlər: “Onların qara mühasibatlığı var. Bəzi şirkətlərdə işləyənlər orada qeydiyyata alınmır. Düzdür, son müddət ərzində on minlərlə iş yeri rəsmiləşdirildi və beləliklə, qara bölgədən ağ bölgəyə transfer olundu. Amma bu, kütləvi xarakter daşımalıdır. Bir çox özəl şirkətlər vergiləri hələ də tam həcmdə ödəmir və ikili mühasibat saxlayır".

Vergi orqanlarının, digər hüquq-mühafizə orqanlarının bu tipli dırnaqarası sahibkarlara qarşı çox ciddi tədbirlər görməli olduqlarını vurğulayan Prezident İlham Əliyev deyib: "Həmin sahibkarlar da bilməlidirlər ki, vergiləri ödəmək onların borcudur. Onlardan heç bir başqa ödəniş tələb oluna bilməz. Mən bütün qurumlar qarşısında bu vəzifəni qoydum, maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır. Ancaq sahibkarlar dövlət vergisini tam şəkildə ödəməlidirlər. Biz bu vergilər hesabına sosial layihələri icra edirik, vergilər hesabına köçkünləri yerləşdiririk, vergilər hesabına ordumuzu gücləndiririk. Ona görə də vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir.
Bir çox hallarda eşidirik ki, bizdə standartlar, meyarlar Avropa standartlarına uyğun olmalıdır. Avropa ölkələrində vergisini ödəməyənə hansı cəza verilirsə, biz də onlardan nümunə götürməliyik. Ona görə vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır. Mən bütün aidiyyəti qurumlara bir daha bu tapşırığı verirəm".

İqtisadiyyatSahibkar Kəmalə Eynullayeva: “Kiçik və orta sahibkarlığın inkişafı məşğulluğun təmin olunmasına imkan verir” VergiŞəhid övladları üçün müəyyənləşdirilmiş vergi güzəştində yaş həddi qoyulurmu? İqtisadiyyatLeonid Zayats: “İqtisadi əməkdaşlıq Belarus-Azərbaycan əlaqələrinin inkişafının flaqmanıdır” VergiOnlayn təlimlərə görə qeyri-rezidentin ƏDV-yə cəlb olunması VergiNaxçıvanda uçot məlumatlarının dürüstləşdirilməsinə başlanılıb İqtisadiyyatPwC: Azərbaycanda şirkətlər ölkə iqtisadiyyatının daha da yüksələcəyinə əmindirlər VideoVergi ödəyicilərinin nəzərinə! Ekspert RəyiFiziki şəxs icarə müqaviləsi bağlamadıqda onu hansı təhlükə gözləyir? VergiMəktəbdə ödənişli sınaq imtahanları təşkil etmək sahibkarlıq fəaliyyəti hesab olunurmu? İqtisadiyyatXorvatiya ilə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var