27 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ölkələr arasında təcrübə mübadiləsi birgə işin xeyrinədir

Bakıda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və Azərbaycan Respublikası Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə "Avrasiya ölkələri üçün vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi" layihəsinə (BEPS) həsr olunmuş 5-ci regional iclas keçirilib. Müsahibimiz tədbirin qonağı, Litva Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyinin baş mütəxəssisi Coana Lileikedir.

- Xanım Lileike, Avrasiya ölkələri üçün "Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi" layihəsinə (BEPS) həsr olunmuş 5-ci regional iclas öz işini başa çatdırdı. Bu tədbirin əhəmiyyəti ilə bağlı nə deyə bilərsiniz?

- İri vergi ödəyiciləri ilə iş üzrə departamentdə beynəlxalq əməliyyatlar üzrə mütəxəssisəm. Fikrimcə, bugünkü tədbirin əsas əhəmiyyəti ondan ibarətdir ki, dünyanın ən böyük iqtisadiyyatlarını əhatə edən G20 ölkələri və OECD tərəfindən hazırlanmış "Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinə (BEPS) qarşı tədbirlər paketinin tətbiqi üzrə İnklüziv Çərçivə" layihəsi ilə bağlı təcrübələri bölüşərək, birgə fikir mübadiləsi aparmağa imkan yaradır. Layihə çərçivəsində rast gəlinən çətinlik və problemlər, mürəkkəb məsələlər müzakirə ediləcək, ümumi həll yolları tapılacaq. İclasın keçirilməsində məqsədlərdən biri də milli iqtisadiyyatların inteqrasiyası şəraitində yeni və daha təkmil beynəlxalq vergi standartlarının hazırlanması zərurətidir.

Vergitutma bazasının aşınmasına imkan yaradan hallarla mübarizə məqsədilə dövlətlərin milli qanunvericiliklərini və beynəlxalq sazişlərdə OECD tərəfindən standart kimi qəbul edilən müddəaları əks etdirən BEPS layihəsinə həsr olunmuş və hər il ənənəvi olaraq OECD və IOTA-nın birgə təşkilatçılığı ilə keçirilən iclasın əsas məqsədi BEPS-in Avrasiya ölkələrində tətbiqi prosesinin ətraflı müzakirəsi üçün səmərəli platforma yaratmaqdır.

134 ölkənin qoşulduğu bu layihə xarici ölkələrin vergi sistemlərinin, müxtəlif səviyyələrindəki büdcələrinin formalaşma xüsusiyyətlərinin, konkret vergilərin spesifikliyinin və təsir mexanizminin öyrənilməsində böyük rol oynayacaq.

- Litvanın vergi sistemində hansı innovativ layihələr həyata keçirilir?

- Hazırda Litva Dövlət Vergi Müfəttişliyində əsas vergi islahatları BEPS-lə bağlıdır. Mövcud vergi sistemində toplanmış təcrübənin mütərəqqi əsaslarını saxlamaqla ölkənin strateji məqsədlərini həyata keçirməyə qadir olan intellektual potensialın formalaşdırılmasında inkişaf etmiş ölkələrin özünü doğrultmuş təcrübəsindən istifadə edərək, transfer qiymətləri, məlumat mübadiləsi və s. bu kimi məsələlərlə bağlı sahələrdə islahatlar aparılır.

İnkişaf etmiş ölkələrlə beynəlxalq vergi əməkdaşlığı və beynəlxalq standartların tətbiqi "kölgə iqtisadiyyatı" və vergidən yayınma ilə mübarizədə uğurlu yol sayılır. Bu baxımdan, BEPS layihəsi də OECD Vergi Siyasəti və İdarəetmə Mərkəzi (CTPA) və IOTA-ya qoşulmuş ölkələrin vergi sistemlərini qabaqcıl təcrübələrə və beynəlxalq standartlara uyğun inkişaf etdirmək baxımından çox əhəmiyyətlidir.

- Beynəlxalq vergitutmanın əsasları haqqında nə deyə bilərsiniz?

- Dünya iqtisadiyyatının müasir mərhələsi üçün beynəlxalq iqtisadi inteqrasiya proseslərinin inkişafı xarakterikdir. Dünya maliyyə resurslarının müxtəlif formalarda birliyinin güclənməsi meyli günbəgün artır. Beynəlxalq maliyyə münasibətlərində əsas tənzimləyici kimi vergilər də xüsusi rol oynayır. Vergilər vasitəsilə dövlət bazar iqtisadiyyatına təsir edir. Hazırda müxtəlif ölkələrdə vergitutma prosesinin öyrənilməsi çox zəruridir. Çünki vergi sistemi alətlərinin optimal seçimi ölkənin qarşısında duran problemin müvəffəqiyyətlə həllinin əsasını təşkil edir. Qarşılıqlı danışıqlar və razılaşmalar əsasında tərəflər öz vətəndaşlarının vergi hüquqlarını, eləcə də kapitalla birgə hüquqlarını qorumaq iqtidarındadır. Beynəlxalq vergi hüququnun bir hissəsini ölkə vətəndaşlarının vergi hüququnun və xaricdəki kapitalının qorunması tədbirləri, həmçinin milli kapitalın, malların və xidmətlərin milli ixracatçılarına vergi imtiyazlarının verilməsi təşkil edir. Bu siyasətin formalaşmasına müxtəlif siyasi və iqtisadi amillər təsir edir.

Dövlət öz xarici vergi siyasətini hazırlamaqla birtərəfli və çoxtərəfli müqavilə və qaydalardan istifadə edir. Birtərəfli qaydalar həmin ölkələr tərəfindən digər ölkələrin hökumətləri ilə razılaşmadan tətbiq edilə bilər. Çoxtərəfli müqavilələrə isə ölkə daxilində xarici vətəndaşlara və ölkədən kənarda fəaliyyət göstərən vətəndaşlara vergitutma qaydalarının tətbiqi aiddir.

Müsahibəni hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır?