2 Oktyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il Vergilər Nazirliyinin xətti ilə büdcəyə 7,4 milyard manat daxil olub

Ötən il "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa, Vergi Məcəlləsinə mühüm dəyişikliklər edilib, yeni büdcə və ortamüddətli xərclərin formalaşdırılması qaydası, dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli strategiya, yeni vahid büdcə təsnifatı təsdiqlənib. Qeyd olunan sənədlər qeyri-neft sektorunda vergi yükünün azaldılmasını, büdcənin sabitliyinin və ortamüddətli dayanıqlığının təmin edilməsini, dövlət xərclərinin prosiklikliyinin aradan qaldırılmasını, maliyyə inzibatçılığının və hesabatlılığın daha da artırılmasını, ölkədə dayanıqlı və idarəolunan dövlət borcunun səviyyəsinin müəyyən edilməsini, bu sahədə risklərin qarşılanması sisteminin təkmilləşdirilməsini və nəzarət mexanizminin gücləndirilməsini özündə birləşdirir.

Bunu maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında deyib. Nazir 2018-ci ilin dövlət büdcəsinin icrasından danışarkən qeyri-neft sektoru üzrə daxilolmalarının artımla icra edilməsini xüsusi qeyd edib. Onun sözlərinə görə, daxilolmalar 9 milyard 10 milyon manat (102,4 faiz) icra edilməklə proqnozda nəzərdə tutulduğundan 207,0 milyon manat, 2017-ci illə müqayisədə isə 378,0 milyon manat və ya 4,4 faiz çox təşkil edib: "2018-ci ildə Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 milyard 418 milyon manat və yaxud 100,5 faiz, 2017-ci ilə nisbətən 444,0 milyon manat və ya 6,4 faiz çox icra edilib".

VergiFrilanser kimi çalışan vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiÖdənişin nağd qəbuluna görə maliyyə sanksiyası hansı məbləğə tətbiq olunur? İqtisadiyyatAYİB Azərbaycanda iqtisadi artım proqnozlaşdırır SosialMəcburi işburaxma dövrü üçün əməkhaqqı məbləğinin hesablanması VergiTexnologiyalar parkının rezidentinin əməkdaşlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİctimai iaşə xidməti göstərən müəssisədə ƏDV-nin geri qaytarılması necə aparılır? İqtisadiyyatYenilənmiş 5 qəpiklik metal pul nişanı tədavülə buraxılıb Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ