9 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sığortaya görə gəlir vergisinə azadolma məbləğinin tətbiqi

Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinə əsasən, sığorta hadisəsi baş verdikdə sığortaolunanın və faydalanan şəxsin həyatına, habelə onun əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsait, həmçinin işəgötürən tərəfindən ödənilmiş bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları, üç ildən az olmayan müddətə bağlanmış müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığortaolunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər gəlir vergisindən azaddır.

Mövzunu şərh edən iqtisadçı ekspert İsmayıl Bağırov bildirib ki, Vergi Məcəlləsinin bu maddəsinin tətbiqinin əsas məqsədi fiziki şəxslərin sığorta hadisəsinə görə aldıqları vəsaitlərə və onun adından ödənilən sığorta haqlarına görə gəlir vergisi hesablandıqda azadolma məbləğinin tətbiqi qaydasını müəyyən etməkdən ibarətdir. Məcəllənin 102.1.8-ci maddəsinin tərkibində sığorta məbləğinin azadolması üçün üç hal mövcuddur.

Birinci: Sığorta hadisəsi baş verdikdə sığortaolunanın və faydalanan şəxsin həyatına, habelə onun əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsaitlər və işəgötürən tərəfindən işçinin adından ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları gəlir vergisindən azaddır.

İkinci: İşəgötürən tərəfindən Azərbaycan Respublikasının sığortaçılarına işçinin adından ödənilən üç ildən az olmayan müddətə bağlanmış müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortasının işçinin vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsi qədər sığorta haqları gəlir vergisindən azaddır.

Üçüncü: Həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən üç illik müddət keçdikdən sonra sığortaolunana və faydalanan şəxsə ödənilən sığorta ödənişləri gəlir vergisindən azaddır.

Onu da qeyd edək ki, Vergi Məcəlləsinin 102.1.8-ci maddəsində nəzərdə tutulmuş üç ildən az olmayan müddətə bağlanmış müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb edilmiş gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqlarına görə güzəşt hesablanarkən işçinin əməkhaqqı yox, vergi tutulan gəliri nəzərə alınmalıdır.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?