25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
"Kölgə iqtisadiyyatı"na qarşı mübarizə gücləndirilir

"Kölgə iqtisadiyyatı"na qarşı mübarizə gücləndirilir

İslahatların hədəfində olan aktual məsələlərdən biri də bu problemin həllidir

Vergi Məcəlləsinə dəyişikliklərdə sənədsiz dövriyyəyə qarşı mübarizənin aparılması, habelə vergi ödəyicilərinin gəlir və xərclərinin uçotunun sənədləşdirilməsinin təmin olunması məqsədilə malların sənəd təqdim edilmədən satılmasına və alınmasına, habelə xərclərin sənədlərlə rəsmiləşdirilməməsinə, vergidən azad olunan gəlirlərin sənədləşdirilməməsinə və bəyan edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqini nəzərdə tutan müddəalar yer alıb.Mövcud qanunvericiliyə əsasən, sahibliyində sənədsiz mal qalığı olan şəxslərə münasibətdə maliyyə sanksiyaları tətbiq olunur. Yəni malları sənədsiz qaydada (Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası və ya ciddi hesabat blankı olmadan) mədaxil edən şəxs həmin mallar onun sahibliyində (anbarında, satış obyektində) aşkar olunduğu halda, maliyyə sanksiyasına məruz qalır.

Göstərilən halların aradan qaldırılması və malların sənədsiz dövriyyəsinə kompleks nəzarət mexanizminin tətbiq edilməsi məqsədilə malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim olunmasına görə satıcıya təqdim edilmiş malların satış qiymətinə münasibətdə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faiz, ikinci dəfə yol verdikdə 20 faiz, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək. Bunlarla yanaşı, Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək.

Vergidən azadolma vergi ödəyicilərini bəyannamə vermək,
uçot aparmaq kimi digər vəzifələrdən azad etmir

Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş vergi güzəşti və azadolmaları şamil edilən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında vergi ödəyicisinə (kənd təsərrüfatı məhsullarının istehsalçılarına 2020-ci ilin yanvarın 1-dən etibarən) maliyyə sanksiyası tətbiq ediləcəkdir. Mövcud vergi qanunvericiliyi müəyyən fəaliyyət növlərindən və əməliyyatlardan əldə olunmuş gəlirləri vergidən azad etsə də, həmin fəaliyyət növü ilə məşğul olan şəxslər də digər vergi ödəyiciləri kimi gəlirlərinin və xərclərinin uçotunu aparmalı və vergi orqanına bəyannamə təqdim etməlidirlər. Yəni vergidən azadolma vergi ödəyicilərini bəyannamə vermək, uçot aparmaq kimi digər vəzifələrdən azad etmir. Bu dəyişiklik vergidən azad olunan gəlirlər üzərində nəzarət mexanizminin qurulması, sui-istifadə hallarının aradan qaldırılması və uçotun bərpa edilməsi məqsədi daşıyır.

Qeyd: Maliyyə sanksiyaları vergi qanunvericiliyinin müvafiq pozuntusu hallarına yol verən vergi ödəyicilərinə bu dəyişiklik qüvvəyə mindiyi andan belə hallara birinci dəfə yol verdikdə vergi orqanları tərəfindən rəsmi xəbərdarlıq edildikdən sonra həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı tətbiq olunur. Bununla da vergi ödəyiciləri tam maarifləndirildikdən sonra qanun pozuntularına yol verdikləri halda, onlara birinci dəfə rəsmi qaydada xəbərdarlıq ediləcək ki, gələcək fəaliyyətləri zamanı maliyyə sanksiyasına məruz qalmasınlar.

Fəxriyyə İKRAMQIZI

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?