16 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sadələşdirilmiş verginin bəyannaməsinin tərtib olunması qaydaları təsdiq edilib

Vergilər nazirinin əmri ilə təsdiq edilmiş "Sadələşdirilmiş verginin bəyannaməsinin tərtib olunması qaydaları"na əsasən, bəyannamə Vergi Məcəlləsinin 218-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin ödəyicisi sayılan vergi ödəyiciləri tərəfindən tərtib edilərək hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanlarına təqdim edilməlidir.
Bəyannamədə vergi ödəyicisi haqqında ümumi məlumat əks etdirilməlidir. Vergi Məcəlləsinin 101-ci maddəsinə edilmiş dəyişikliklərlə əlaqədar olaraq muzdlu işlə bağlı aylıq gəlirlərdən verginin hesablanması həmin şəxsləri işə götürən vergi ödəyicisinin fəaliyyət sahəsindən asılı olaraq ayrı-ayrı formada aparılır. Verginin hesablanması Məcəllənin 220.1-ci və 220.1-1-ci maddəsinə əsasən aparılmalıdır.

Ödəyicilərə tövsiyə olunur ki, muzdlu işlə əlaqədar gəlir vergisinin hesablanması haqqında məlumat bölməsində "Əmək müqavilələri üzrə işçilərin "İş icazəsi verilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı" sütununda iş icazəsi verilmiş, lakin əmək müqaviləsi bağlanmamış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin də sayı, gəlirləri və digər göstəriciləri qeyd edilsin. Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin hesablanması haqqında məlumatlarda isə müvafiq göstəricilərin nəzərə alınması zəruridir.

Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir?