20 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi yoxlamalarının azaldılması siyasəti təqdirəlayiq haldır

Vergi yoxlamalarının sayında nəzərə çarpan azalma dinamikası mühasiblərin işini xeyli asanlaşdırıb. Bu fikri muhasibat və vergi üzrə ekspert Ramin Ramazanov yoxlamaların sayı barədə danışarkən bildirib. Ekspert əvvəlki vergi yoxlamaları zamanı yaşanan neqativ halların aradan qaldırıldığını vurğulayıb: "Vergi yoxlamalarının sayını göstərən statistikanı analiz edərkən, əslində, hazırkı dövrdə mühasiblərin işinin əvvəlkindən qat-qat rahat olduğunu görmək mümkündür. 2-3 il əvvələ kimi vergi yoxlamaları vergi ödəyicilərinin, eyni zamanda mühasiblərin xeyli vaxtını alırdı. Elə olurdu ki, yoxlamalar 3 ay davam edirdi. Əgər mühasib 4-5 şirkətin işini aparırdısa, deməli, bütün ili yoxlamalarda keçirməliydi".

Qeyd edək ki, son 5 ildə vergi yoxlamalarının sayı belə dəyişib: 2014-cü il – 11.356; 2015-ci il – 12.073; 2016-cı il – 6.993; 2017-ci il – 5.778; 2018-ci il – 1.703; 2019-cu il (yanvar-may ayları) – 176.

Vergilər Nazirliyinin yoxlamaların azaldılması siyasətini yüksək dəyərləndirdiyini deyən ekspert, bu mənada, xüsusən mühasiblərin işinin xeyli yüngülləşdiyini bildirib.

VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi?