5 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi bəyannamələrinin əvvəlcədən doldurulması üzrə beynəlxalq təcrübə öyrənilir

Vergi sisteminin qəbul edilmiş strateji inkişaf planları sırasında "Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan" mühüm yer tutur. Vergi sisteminin bir çox sahələrinin inkişafı üzrə mərhələli və kompleks tədbirlər sisteminin həyata keçirilməsini nəzərdə tutan bu sənədin mühüm bəndlərindən biri də vergi ödəyicilərinə müasir və keyfiyyətli xidmətlərin göstərilməsidir.

Sənəddə diqqət çəkən məqamlardan biri vergi bəyannamələrinin əvvəlcədən doldurulması sisteminə keçirilməsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və mərhələlərlə ölkəmizdə də bu sistemə keçidin təmin olunmasıdır. Göstərilən prosesin həyata keçirilməsi, həmçinin nazirliyin strukturlarının layihə təkliflərinin icrası məqsədilə Vergilər Nazirliyi bu sahədə Avropa Komissiyasının TAIEX texniki yardım alətinə müraciət edib. Avropa Komissiyası Vergilər Nazirliyinin müraciətini müsbət cavablandırıb.

Aparılan müzakirələrdən sonra "Əvvəlcədən doldurulmuş vergi bəyannamələri" sahəsində Finlandiya vergi administrasiyasının təcrübəsi qəbul olunub. Bununla bağlı sentyabrın 30-da Vergilər Nazirliyinin mərkəzi aparatında TAIEX ekspert missiyası öz işinə başlayıb. Finlandiya vergi administrasiyasının baş məsləhətçiləri xanım Heli Annala və xanım Merja Holantinin təqdimatçı kimi iştirak etdikləri seminar müddətində vergi bəyannamələrinin əvvəlcədən doldurulması üzrə hüquqi çərçivə, məlumat mənbələri, bəyannamələrin hazırlanması, məlumat mübadiləsi və digər mövzulara dair müzakirələr aparılacaq. Seminar oktyabrın 2-dək davam edəcək.

Fəxriyyə İKRAMQIZI

VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?