31 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda 970 min nəfərdən artıq vergi ödəyicisi var

2019-cu ilin 1 yanvar tarixinə olan məlumata görə, vergi orqanlarında dövlət qeydiyyatına və uçota alınan vergi ödəyicilərinin sayı 970.340-a çatıb. 2018-ci il ərzində uçota alınmış 35.729 təsərrüfat subyektinin (obyektinin) sayı 2017-ci illə müqayisədə 12,4 faiz çox olub. Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin verdiyi məlumata əsasən, 2018-ci il ərzində ümumilikdə dövlət qeydiyyatına və uçota alınmış vergi ödəyicilərinin sayı 87.630 olub. Onlardan 12.369-u hüquqi, 75.261-i isə fiziki şəxsdir.

Qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş vergi ödəyicilərinin sayı ilə həmin dövrdə fəaliyyətini dayandırmış və vergi uçotu ləğv edilmiş vergi ödəyicilərinin sayı arasındakı fərq 23.993-dür. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2017-ci ilə nisbətən 25,7 faiz artıb. İl ərzində dövlət qeydiyyatından keçmiş 11.927 kommersiya hüquqi şəxsin 70 faizə yaxını elektron qaydada qeydiyyatdan keçib. Ötən il uçota alınmış vergi ödəyicilərinin 50,4 faizi regionların payına düşüb.

Elbrus CƏFƏRLİ

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?