5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergilər Nazirliyinin yenilənmiş internet saytı istifadəyə verilib

Vergilər Nazirliyi öz fəaliyyətində açıq informasiya siyasətini prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Bu baxımdan vergi ödəyicilərinin məlumatlandırılması və ictimaiyyətlə əlaqələr sahəsində əsas kommunikasiya vasitələrinin təkmilləşdirilməsi daim diqqət mərkəzindədir.

Sentyabrın 25-də vergi sahəsində dəyişikliklər, habelə mövcud qanunvericilik, vergi inzibatçılığı və xidmətlər barədə əsas məlumat və kommunikasiya alətlərindən biri olan Vergilər Nazirliyinin rəsmi internet saytının yenilənmiş versiyası istifadəyə verilib. Saytın yenilənməsində məqsəd, ilk öncə, istifadəçilərin rahatlığını təmin etmək və müasir tələblərə uyğunlaşdırmaqdır.

Yenilənmiş sayt (www.taxes.gov.az) həm dizayn, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilib və yeni iniformasiyalarla zənginləşdirilib. İstifadəçi rahatlığını təmin etmək üçün daha müasir proqram təminatlarından istifadə olunub.

Yenilənmiş saytda vergi orqanları ilə vergi ödəyiciləri və biznes strukturları arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi, əhalinin və sahibkarların maraqlarının daha asan və çevik təmin olunması xətti öz əksini tapıb. Bu məqsədlə interfeysdə fiziki və hüquqi şəxslər üçün lazımlı məlumatlar toplanan iki əsas yeni bölmə yaradılıb. Həmçinin istifadəçilərin daha çox müraciət etdikləri "Axtarış bazası", "Vergi təqvimi" və "Elektron xidmətlər" yeni tərtibatda daha əlçatan şəkildə təqdim olunub.

Saytda naviqasiya rahatlığı təmin edilərək ən çox istifadə olunan bölmələr ümumi paneldə cəmləşdirilib. Vergi ödəyiciləri üçün bütün zəruri məlumatları özündə cəmləşdirən yeni "Vergi ödəyicilərinə" bölməsi yaradılıb. Bu bölmədə vergi ödəyicilərini maraqlandıran "Vergi bələdçisi", "Vergiləri necə ödəyək", "Biznesə necə başlamalı", "Mühasibat uçotu", "ASAN imza", "Əmək müqaviləsi", "Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" haqqında məlumatın öyrənilməsi kimi alt bölmələr yer alıb. Vergi Məcəlləsini əhatə edən testlər toplusu da təkmilləşdirilərək "Vergi testi" bölməsinə əlavə edilib.

Qeyd edək ki, Vergilər Nazirliyinin www.taxes.gov.az rəsmi internet səhifəsi 2001-ci ildən fəaliyyət göstərir. Ötən dövrlər əzrində sayt bir neçə dəfə təkmilləşdirilib. Bugünədək Vergilər Nazirliyinin rəsmi internet səhifəsi "Humay" ("İlin ən uğurlu internet layihəsi" nominasiyası), iki dəfə "Netty" ("İlin ən yaxşı dövlət saytı" nominasiyası), "Milli NET" ("Ən yaxşı dövlət və bələdiyyə saytları" nominasiyası), "İntellekt" ilin layihəsi Mükafatına ("Maliyyə" nominasiyası üzrə), Media İnstitutunun Mükafatına (Mərkəzi dövlət qurumlarının Onlayn Şəffaflığı monitorinqinin nəticələrinə görə), Avrasiya Hüquqşünaslar Assosiasiyasının Fəxri Diplomuna (Hüquqi maarifləndirmə sahəsindəki fəaliyyətinə görə) və Beynəlxalq "World Summit Award" ("E-Hökumət" nominasiyası) mükafatlarına layiq görülüb.

Bununla yanaşı, Vergilər Nazirliyinin rəsmi internet səhifəsi "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən keçirilən dövlət qurumlarının informasiya açıqlığı üzrə monitorinqinin nəticələrinə görə 8 dəfə 1-ci yerə layiq görülüb.

2018-ci il ərzində səhifəyə daxilolmaların sayı 4.389.867 olub.

Nəzərinizə çatdıraq ki, hazırda saytın rus və ingilis dili versiyalarının da yenilənməsi üzərində iş aparılır. İstifadəçilər üçün saytın əvvəlki versiyasına giriş məhdudlaşdırılmayıb və bunun üçün saytın aşağı sol hissəsində keçid yerləşdirilib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?