22 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Beynəlxalq konfransda Azərbaycanın vergi sistemində aparılan islahatlardan danışılıb

Türkiyənin Giresun şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 53-cü iclası keçirilib. İclasda iştirak edən Milli Məclisin deputatı Əflatun Amaşov çıxışı zamanı Azərbaycanda aparılan vergi siyasətinin xüsusiyyətləri, bu sahədə islahatların müxtəlif detalları barədə danışıb. O, müvafiq sahədəki beynəlxalq əməkdaşlığın perspektivlərinə də diqqət çəkib.

Deputat, həmçinin Ermənistan parlamenti sədrinin müavini Vahe Enfiajyanın çıxışında səsləndirdiyi fikirlərə də münasibət bildirib: "Ermənistan nümayəndəsi siyasi məsələdən söz açdı. Azərbaycan torpaqlarının 20 faizi işğal olunub. On minlərlə insanımız öz yurd-yuvasından qovulub, minlərlə insanımız qətlə yetirilib. Azərbaycan hazırda Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çalışır. Əgər bu alınmasa, torpaqlarımızı güc yolu ilə geri qaytarmaq haqqını özümüzdə saxlayırıq".

Qeyd edək ki, Ermənistan parlamenti sədrinin müavini V.Enfiajyan çıxışında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin bir neçə ay öncə Bakıda keçirilmiş sessiyasında Qarabağın Azərbaycan torpağı olmasına dair fikirlərin səslənməsini yolverilməz adlandırmışdı.

VergiKənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı hansı vergi güzəştləri mövcuddur? VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur?