14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ödəyicisi fəaliyyəti üzrə daha çox gəlir əldə etdiyi ərazidə uçota alınacaq Video

Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov ATV-nin "Müzakirə vaxtı" verilişinə müsahibəsində vergi qanunvericiliyinə edilmiş dəyişiklikləri şərh edib.

Vergi nəzarətinin səmərəliliyinin artırılması barədə qeyd edilib ki, vergi nəzarətinin mühüm istiqamətlərindən biri uçota alınma ilə bağlıdır: "Vergi ödəyiciləri öz təsərrüfat subyektlərinin ünvanına görə yenidən uçota alınmalıdır. Bu məqsədlə Vergi Məcəlləsinə iqtisadi maraqlar mərkəzi deyilən yeni anlayış gətirilib. Qanunvericilikdən irəli gələn yeni tələblərə əsasən, vergi ödəyicisinin əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, təsərrüfat subyektləri, o cümlədən istehsal sahələri ilə müqayisədə vergi ödəyicisi fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında daha çox iştirak etdiyi ərazidə uçota alınacaqdır".

Qeyd edilib ki, uçotla bağlı digər mühüm dəyişiklik vergi ödəyicisinin məlumat sisteminin dürüstləşdirilməsidir: "2019-cu il yanvarın 1-dək vergi ödəyicisinin uçot-baza məlumatının dəqiqləşdirilməsi vergi ödəyicisinin ərizəsi əsasında həyata keçirilirdi. Yeni ildən bu məsələ müasir vergi nəzarəti tədbirləri çərçivəsində tənzimlənəcəkdir. Vergi ödəyicisinin faktiki məlumatları ilə onun uçot-baza məlumatları arasında uyğunsuzluq aşkar edildiyi təqdirdə, vergi ödəyicisinə bildiriş göndəriləcək. Vergi ödəyicisi 5 gün ərzində dürüstləşmə barədə xəbərdarlığı nəzərə almadıqda vergi orqanı özü dürüstləşməsi həyata keçirmək, uyğunsuluğu aradan qaldırmaq hüququna malik olacaqdır".

Elektron qaimə-fakturanın təqdim edilməsi ilə bağlı vergi qanunvericiliyinə olunmuş dəyişikliklər barədə qeyd edilib ki, bu tədbirlərin əsas fəlsəfəsi şəffaflığa nail olmaqdır.
2019-cu ildən vergi ödəyicilərinə qarşı nəzərdə tutulan maliyyə sanksiyaları barədə bildirilib ki, sanksiyalar vergi öhdəliklərini yerinə yetirməyən intizamsız ödəyicilər üçün sərtləşdirilib, intizamlı vergi ödəyiciləri üçünsə yüngülləşdirilib.

"Müzakirə vaxtı" verilişində qeyri-dövlət neft-qaz sektorunda çalışanlara tətbiq olunan gəlir vergisi üzrə güzəştlər, kiçik və orta biznes üçün vergi güzəştləri və azadolmalar, sürətli amortizasiya, maliyyə lizinqi, sabit vergi ödəyiciləri üçün vergi əmsalları, kənd təsərrüfatında uçot sisteminin təşkili və digər məsələlərə də aydınlıq gətirilib.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?