24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Kiçik sahibkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə vergi güzəştləri

Kiçik sahibkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə vergi güzəştləri

Kiçik sahibkarlıq subyektləri məşğulluğun təmin edilməsində və iqtisadi aktivliyin davamlılığında mühüm rol oynayır.

Bir sıra hallarda kiçik sahibkarlar müəyyən səbəblərdən orta kateqoriyaya keçə bilməsələr də, uzun müddət stabil fəaliyyətlərini davam etdirirlər. Onların fəaliyyətinin dəstəklənməsi məqsədilə Vergi Məcəlləsinə dəyişiklik layihəsində yeni güzəşt mexanizmi nəzərdə tutulur. Belə ki, kiçik sahibkarlıq subyekti kateqoriyasında ən azı iki il fəaliyyət göstərən, vergi borcu olmayan və dövriyyəsi əvvəlki illə müqayisədə 30 faizdən çox azalmayan sahibkarlıq subyektlərinə gəlir (mənfəət) vergisi məbləğinin 25 faizi həcmində güzəşt veriləcək. Güzəşt 5 il müddətinə, vergi ili üzrə əmək münasibətləri pozulmadığı halda tətbiq olunacaq.

Bu yanaşma kiçik sahibkarların fəaliyyətini sabitləşdirəcək, dövriyyənin süni şəkildə azaldılmasının qarşısını alacaq və rəsmi məşğulluğun qorunmasına şərait yaradacaq. Eyni zamanda, vergi borcu olmayan, əmək münasibətlərini pozmayan və stabil fəaliyyət göstərən subyektlərin dəstəklənməsi sahibkarların vergi öhdəliklərini könüllü yerinə yetirməsinə təkan verəcək.

Nümunə: 2026-2027-ci illərdə kiçik sahibkarlıq subyekti kimi fəaliyyət göstərən müəssisənin 2026-cı ildə dövriyyəsi 500.000 manat, 2027-ci ildə isə 700.000 manat olub. Yəni illik dövriyyə əvvəlki illə müqayisədə artıb. 2027-ci ildə müəssisənin xərclərinin 300.000 manat olduğu nəzərə alınmaqla, 80.000 manat mənfəət vergisi hesablanıb. Müəssisənin dövlət büdcəsinə vergi borcu olmadığı və əmək münasibətlərini pozmadığı təqdirdə, yeni güzəşt mexanizminə əsasən, 2027-ci ildə həmin vergi məbləğinin 25 faizi (20.000 manat) azaldılır və müəssisə 80.000 manat əvəzinə 60.000 manat vergi ödəyir.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması