2 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
DVX əməkdaşı OECD-nin İşçi Qrupunun Büro üzvü seçilib

DVX əməkdaşı OECD-nin İşçi Qrupunun Büro üzvü seçilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin əməkdaşı Təhminə Əsgərova İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Fiskal Məsələlər Komitəsinin Transmilli Müəssisələrin Vergiyə Cəlb Edilməsi üzrə 6 saylı İşçi Qrupunun (Working Party 6 ) Büro üzvü seçilib.

6 saylı İşçi Qrup qlobal miqyasda transfer qiymətləndirilməsi standartlarının müəyyən edilməsi, transmilli şirkətlərin vergidən yayınma hallarının qarşısının alınması və vergi bazasının aşınması (BEPS) layihəsi üzrə qlobal qaydaların formalaşdırılmasına məsul beynəlxalq platformalardan biridir.

Büro üzvlərinin seçilməsi zamanı namizədlərin beynəlxalq vergi sahəsində bilikləri, eləcə də qlobal vergi dialoquna fəal töhfələri əsas meyarlar kimi nəzərə alınır.

DVX əməkdaşının İşçi Qrup Bürosuna üzv seçilməsi Azərbaycanın beynəlxalq vergi əməkdaşlığında artan rolunun, Dövlət Vergi Xidmətinin OECD platformalarındakı uğurlu fəaliyyətinin və ölkəmizin bu sahədə institusional potensialının beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər?