26 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
DVX nümayəndə heyəti MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında iştirak edib

DVX nümayəndə heyəti MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında iştirak edib

Tacikistanda Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının 33-cü iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

İclasda MDB-yə üzv dövlətlərin vergi orqanları arasında əməkdaşlığın gücləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, elektron məlumat mübadiləsinin və sənəd dövriyyəsinin inkişafı, eləcə də beynəlxalq vergi əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunub. Gündəlikdə kiçik sahibkarlıq subyektlərinin və özünüməşğul şəxslərin vergitutma məsələləri, vergi qanunvericiliyində baş verən dəyişikliklər, vergi orqanları arasında qarşılıqlı məlumat mübadiləsinin təkmilləşdirilməsi və vergi qanunvericiliyinə riayət olunması sahəsində əlaqələrin gücləndirilməsi kimi mövzular da yer alıb.
Dövlət Vergi Xidmətinin nümayəndə heyətinin rəhbəri İlkin Vəliyev çıxışında müasir texnologiyaların inkişafı, yeni biznes modellərinin yaranması və vergi ödəyicilərinin artan gözləntiləri fonunda vergi orqanları arasında təcrübə mübadiləsinin və əməkdaşlığın əhəmiyyətini vurğulayıb. İlkin Vəliyev süni intellektin vergi inzibatçılığında tətbiqinin və risklərin idarə edilməsi sistemlərinin inkişafının vergi administrasiyalarının fəaliyyətinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

İclas çərçivəsində Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinin “Vergi inzibatçılığında süni intellekt: ayrı-ayrı modellərdən öz platformasında işləyən agentlərə doğru” mövzusunda məruzəsi də təqdim olunub.

Tədbirin sonunda MDB İcraiyyə Komitəsi tərəfindən Koordinasiya Şurasının 25 illiyi münasibətilə vergi inzibatçılığı sahəsində əməkdaşlığın inkişafına və Şuranın fəaliyyətinə verdiyi töhfəyə görə Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli fəxri fərmanla təltif edilib. Fəxri fərman onun adına DVX-nin nümayəndə heyətinə təqdim olunub. Bundan başqa, Şuranın fəaliyyətinə qatılan ekspert qrupuna təşəkkürnamə təqdim edilib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?